Şənbə , May 28 2022
Ana səhifə / Araşdırma / Rəfael və Mübariz Mehrəliyevlərin biznes imperiyası… – Video

Rəfael və Mübariz Mehrəliyevlərin biznes imperiyası… – Video

Bu adam, hətta küçədəki sahibsiz itlərə görə də nə isə alır…

Mehralıyevin  həyat yoldaşı  Almas Səfərovanın adına Tükiyədə milyonluq mülklər…

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehralıyev  yüksək ranqı  olmayan məmurlardan biridir. 
Yəni  bu adam nazir deyil, komitə sədri deyil, hətta icra başçısı da deyil, adi departament rəisidir. 
İndi gəlin görək, bu Departament rəisi hansı sahələrə baxıb?
Təsəvvür edirsiniz  bu adamın tabeçiliyində  14 qurum var. 
Oxucunu yormamaq üçün  onlardan bəzilərini qeyd edək:
Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi  və daha nələr….
Özünüz gördünüzmü, bu adam küçədəki sahibsiz itlərə, pişiklərə  görə də dövlətdən pul alır. 
Bu adamın  rəhbərlik etdiyi  təkcə bir qurumun Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, eləcə də, digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır.
Bəs bu adam bu vəzəfəyə necə gəlib?
Rəfael Mehrəliyevin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi postuna gətirilməsi Rabitə və Yüksək Texnologiyalar  Nazirliyinin sabiq aparat rəhbəri, bir müddət  məhkum həyatı yaşayan Vidadi Zeynalovun birbaşa  dəstəyi ilə olub.
Rəfael Mehrəliyev də hər yerdə deyir ki, mən Vidadi Zeynalovu tanımıram.
Adam, sən Vidadi Zeynalovu necə tanımaya bilərsən, axı?
Sənin doğma qardaşın, Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyev Vidadi Zeynalovun dost-doğma yeznəsidir.
Və Vidadi Zeynalov Bakı Şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə səni təyin etdirib. Vəssəlam. Bu qədər sadə.
İndi gəlin, Rəfael Mehrəliyevin əmlakına bir nəzər salaq:
1. Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi.
2. Həmin klinikadan 200 metr  qabağa 14 sot torpaq sahəsi, hazırda  15 milyona  satışa çıxarılıb
3. İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Rəşid yeznənlə bağlı obyektlər
4. Papanində  Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyin obyekt
Türkiyədə  Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər…
Türkiyənin reyestr məlumatlarında hazırda dövlət məmuru olan Rəfael Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər olduğu qeyd edilib.
Mehralıyevlərə məxsus olduğu bildirilən “AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkətinin nizamnamə kapitalı 9 milyon türk lirəsidi. Səhmlərdəki payı 2 milyon 800 min olan Mehralıyevin digər ortağı Almas Səfərovanın payı 2 milyon 200 min, digər ortaq Mualla Küfrevioğlunun payı isə 4 milyon türk lirəsidir. Yeri gəlmişkən, Almas Səfərova Mehralıyevin həyat yoldaşıdır.
Türkiyə reyestrində ər-arvadın ünvanı eyni göstərilib – Əhməd Rəcəbli küçəsi 6, mənzil 48. Bakıda bu ünvan bircə fərqlə qeyd olunub, ər-arvad qapıbir qonşudurlar. Mərkəzi Seçki Komissiyasının saytındakı qeydiyyat məlumatına əsasən R.Mehralıyev mənzil 48-də, həyat yoldaşı isə mənzil 49-da qeydiyyatdadır.
Uluğ ailəsinin Azərbaycandakı layihəsi
“AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkəti 2010-cu ildə İstanbulda təsis olunub. Türkiyə reyestr məlumatlarına görə, şirkəti təsis edən Özcan Uluğ 2011-ci ilin yanvarında səhmlərinin bir hissəsini Rəfael Mehralıyevə ötürüb. Şirkətə qatılan R.Mehralıyevdən sonra Ö.Uluğ digər səhmlərini – həmin ilin mayında Almaz Səfərovaya verib.
Özcan Uluğ Türkiyədə inşaat sektorunda tanınan şəxslərdən biridir. Onun şirkəti əsasən yol işarələri, yolların xəritəsinin hazırlanması və onların müxtəlif avadanlıqlarla təmin olunması ilə tanınır.
LEDA  şirkətinin nizamnamə kapitalı 2 milyon 700 min türk lirəsidir. R.Mehralıyevin payı 1 milyon 350 min, həyat yoldaşı Almaz Səfərovanın səhmlərinin dəyəri 800 min türk lirəsidir. Şirkətdə daha bir azərbaycanlının adına rast gəlirik – Elman Ağalarov. Onun səhmlərinin dəyəri 270 min lirədir. Dördüncü ortaq isə Türkiyə vətəndaşı Hakan Altundur. Onun da səhmlərinin dəyəri 270 min türk lirəsidir. Bu şirkət də İstanbulda təsis olunub.
Rəfael Mehralıyev qardaşı Mübariz Mehralıyevlə eyni ünvanda qeydiyyatdadırlar. M.Mehralıyev Naftalan şəhər polis idarəsinin keçmiş rəisi olub, polis polkovnikidir. O, 2015-ci ildə təyin olunduğu vəzifəsini cəmi 1 il sonra, 2016-cı ilin sentyabrında itirib.

Mübariz Mehralıyevın həyat yoldaşı Gülnarə Mehralıyevanın da şirkətləri, o cümlədən “Nare” adlı restoranı var. Reyestr sənədlərindən bəlli olur ki, G.Mehralıyeva şirkətlərini Türkiyədə qeydiyyatda olduğu Mecidiyyeköy mah. Atakan sk. ünvanında qeydə aldırıb.
Bundan sonra Gülnarə Mehralıyeva “NARE Gıda İşletmeceliği Sanayi ve Ticaret Limited” Şirkətini yaradıb. Ortağı isə Türkiyə vətəndaşı Banu Hayriye Mete olub. Şirkətin nizamnamə kapitalı 1 milyon türk lirəsidir. Bu vəsaitin 700 min lirəsi G.Mehralıyevaya məxsusdur.
Üçüncü şirkət isə “İLHAM Turizm Otomotiv Tekstil Sanayi ve Ticaret Limited” Şirkətidir. Şirkətin nizamnamə kapitalı 250 min türk lirəsidir. Bu sərmayənin də hamısı elə M.Mehralıyevə 
məxsusdur.
P.S Bəli, media ilə bağlı qanunda olan dəyişikliklərə görə bəzi məmurlar sevinirdilər ki, törətdiyimiz cinayətlərin üstünü açan jurnalistləri həbs edəcəklər, onları yazmağa qoymayacaqlar, aldıqları rüşvəti nəinki cəmiyyətdən, hətta evdəkilərdən də gizlətməyi bacaracaqlar. Ancaq bu məmurlar başa düşmürlər ki, bu qanun azad mətbuatın qarşısını kəsən bütün sədləri aradan qaldıracaq. Az öncə məlumat gəldi ki, məmurlar, onların övladları, həyat yoldaşları və yaxın qohumlarının adlarına olan bütün əmlakların və xarici banklarda olan pul vəsaitlərinin hesabının dəqiqləşməsi haqqında (yəni deklorasiya haqqında) qanun məhz mətbu orqanlarda dərc olunacaq. Haşiyə; Dostlarımızdan xahiş edirik ki, bizim bir-birimizə olan andımızın bu işə heç bir aidiyyatı olmadığını dərk etsinlər. İmam Hüseynə yalandan and içməyi bir Hacı olaraq sənə yaraşdırmıram. ( Gündəlik-Bakı.com)

Həmçinin oxuyun

İş adamı Soltanpaşa Məmmədovun oğlunun yarım milyonunu qumarda kimlər udub?

Bir neçə gün öncə  Laçın rayonunda hərbi xidmətdə olan 2003-cü il təvəllüdlü,  Şamaxı sakini  Məlikov …