Ana səhifə / Araşdırma / Rəfael Mehrəliyevin biznes imperiyası- Bakı Şəhər İcra Hakimiyyətində nə baş verir?

Rəfael Mehrəliyevin biznes imperiyası- Bakı Şəhər İcra Hakimiyyətində nə baş verir?

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyev azad medianın ağzını tikən çox az sayda  məmurlardan biridir. Bunu gəlişi gözəl söz kimi demirik. 
İlk baxışdan bu adam nazir deyil, komitə sədri deyil, hətta icra başçısı da deyil, Departament  rəisidir. 
Bu məqamda kim yada düşür ?
Hansısa  Lift idarəsinin müdiri Qüdrət Şükürovun  qızına 450 min dollara toy etməsi düşür. 
Kim inana bilərdi ki, liftin müdirində bu qədər  milyonlar var..? 
Bax Mehrəliyev də elədir. Baxırsan adi Departament rəisidr. Amma…
İndi gəlin görək,  bu Departament rəisi hansı sahələrə baxıb ? 
Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq bağçaları, eləcə də digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır.
Bəs bu adam bu vəzəfəyə necə gəlib ? 
Rəfael Mehrəliyevin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi postuna gətirilməsi  Rabitə və Yüksək Texnologiyalar  Nazirliyinin sabiq aparat rəhbəri, məhkum həyatı yaşayan  Vidadi Zeynalovun birbaşa  dəstəyi ilə olub. 
R.Mehrəliyev də hər yerdə deyir ki, mən  V.Zeynalovu tanımıram. 
Adam,  sən  V.Zeynalovu necə tanımaya bilərsən, axı ?
Sənin doğma qardaşın, Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyev  Vidadi  Zeynalovun dost-doğma yeznəsidir.
Və  Vidadi Zeynalov  Bakı Şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə  səni təyin etdirib. Vəssəlam. Bu qədər sadə. 
İndi gəlin, R.Mehrəliyevin əmlakına bir nəzər salaq: 
1.    Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi.  
2.    Həmin klinikadan 200 metr  qabağa 14 sot torpaq sahəsi, hazırda  15 milyona  satışa çıxarılıb
3.    İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Rəşid  yeznənlə bağlı obyektlər
4.    Papanində  Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyin obyekt 

Çevrəndə cəmləşən  və Faşist Hitlerin SSRİ-yə vurmadğı ziyanı Azərbaycana vuran Nadir, Azər, Elşad, Fetö, Eldar, Rəfael, Ceyhun, Vidadi, Xəlil, Mübariz, İlqar, Bəhram və digərləri barədə geniş araşdırmamız olacaq. (Gundelik-baku.com)

Həmçinin oxuyun

Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qaldı – ARAŞDIRMA

Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qalıb. “Azeri Defence”nin məlumatına görə, …