Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Araşdırma / Qusarda “İnfiniti” avtomobili ilə xuliqanlıq edən kimdir?

Qusarda “İnfiniti” avtomobili ilə xuliqanlıq edən kimdir?

Qusarda avtoxuliqanlıq edən şəxsin kimliyi müəyyənləşib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bir neçə gün əvvəl toy karvanının iştirakçısı olan sürücünün hərəkətdə olan avtomobillərə məhəl qoymayaraq avtoxuliqanlıq etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılıb.

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik edən gəncin şəxsiyyəti müəyyənləşdirilib.

Araşdırmalar nəticəsində “İnfiniti G35” markalı 10-XO-038 dövlət nişanlı avtomobillə xuliqanlıq etmiş gəncin Məhəmməd Qədimov olması aydınlaşıb.

M.Qədimov Qusar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq, barəsində inzibati qaydada protokol tərtib olunub. Bununla əlaqədar Qusar rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib.

Həmçinin oxuyun

Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması… Və müəmmalı “Maybach”i

Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib,-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş …