Ana səhifə / Araşdırma / Quş nəcisi, toyuq sümüyünün iliyi… – Kosmetik vasitələrin tərkibi haqqında ilginc FAKTLAR

Quş nəcisi, toyuq sümüyünün iliyi… – Kosmetik vasitələrin tərkibi haqqında ilginc FAKTLAR

Kosmetika qadınların həyatının ayrılmaz bir parçasıdır. Bir çox kişilər qadının təbii olaraq, gözəl görünməsinə üstünlük versələr də, qadınlar kosmetikadan istifadə edərək daha gözəl görünməyə çalışırlar.

Dünya statistikasına görə, orta hesabla bir xanım həyatı boyunca kosmetikaya 15 min dollar pul xərcləyir. Bu xərclər ölkələrə görə də dəyişə bilir. Azərbaycanda statistikaya görə, ümumi olaraq 1 il ərzində xanımlar kosmetikaya 280 milyon dollar xərcləyir.

Bu qədər çox pul xərclənən kosmetikanın tərkibinin nələrdən ibarət olduğunu və nədən hazırlandıqlarını bilirsinimi?

Musavat.com xüsusilə xanımların marağında olan kosmetik vasitələrin nələrdən hazırlandığını, tərkibində nələrin olduğunu təqdim edəcək.

Kosmetikanın tərkibində sünnət dərisi, öküz sperması, balığın pulları və balina qusuntusu və s. bu kimi ağılalmaz qatqılar olur.

Kosmetika bir qadını olduğundan daha da gözəl göstərsə də, anlaşılan odur ki, tərkibi o qədər də gözəl deyil.

 Balina kusmuğu (ambergris)

Balina qusuntusu…

Ambergis adlandırılan bu maddə balinaların həzm sistemindən sonra mədəsində qalan artıqların qusuntusudur. Bu maddə kosmetika sahəsində çox dəyərli olduğu üçün “üzən qızıl” olaraq da adlandırılır. Kosmetik vasitələrdə qoxunu və qorumanı təmin edən bu maddə uzun illərdir ki, istifadə edilir. Dünyaca məşhur marka olan “Chanel“in də bəzi parfümlərində bu maddələrdən istifadə olunur.

Картинки по запросу Kozmetik ürünlerde neler var neler...

İlbizlər

İlbizlərin bədənlərindən ixrac etdiyi maddələrdən istifadə olunaraq nəmləndirici kosmetik vasitələr hazırlanır. Bu maddə dəridəki qırışlar üçün hazırlanan kosmetik vasitələrdə də istifadə olunur.

Картинки по запросу Balıq pulcuğu

Balıq pulcuğu

Balıqların pulcuqlarındakı gümüşü rəngli parıltılı maddələr kosmetika sektorunda məhsullara parlaqlıq vermək üçün istifadə edilir. Xüsusi olaraq daha çox ringa balığının pullarından istifadə olunur. Guanin adı verilən bu maddə daha çox dırnaq lakı, pomada və şampunların hazırlanmasında istifadə edilir.

Картинки по запросу uşaq sünnət

Uşaqların sünnət dərisi

Qulağa xoş gəlməsə də, hətta iyrənc səslənsə də bir çox kosmetika şirkətləri bu vasitədən istifadə edir. Sünnət dərisindən daha çox yanan insanlar üçün hazırlanan kremlərdə istifadə olunur.

Картинки по запросу Kozmetik ürünlerde neler var neler... kuş

Quş nəcisi

Quş nəcisindən yalnız yaponlar istifadə edərək kosmetik vasitələr hazırlayır. Bu vasitə daha çox cild baxımı üçün hazırlanan kremlərdə istifadə olunur. Bu kremlər Yaponiyadan ixrac edilir və olduca bahalıdır.

Картинки по запросу Kozmetik ürünlerde neler var neler...
Toyuq sümüyünün iliyi

Toyuq sümüyünün iliyi kosmetik vasitələrdə istifadə olunan heyvan parçalarından ən maraqlısıdır. Qlukozamin ilə zəngin olduğu deyilən toyuq sümüyünün iliyi gənc görünmək üçün hazırlanan kosmetik vasitələrdə daha çox yararlı olur.

Картинки по запросу boğa

Öküz sperması

Kosmetikada öküz spermasından istifadə bu sektorda yeni başlayıb. Nəmlənməni mühafizə edən bu məhlul, bir çox firmalar və salonlar tərəfindən hazırlanan məhsullarda üstünlük təşkil edir. Öküz spermasının saçlara xüsusi parıltı verdiyi deyilir.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …