Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “ Quli” “Azərbazar” söhbətindən çıxdı – “Lənkəranski” “Lotu Bəxtiyar”ın ənənəsini pozubmu?

“ Quli” “Azərbazar” söhbətindən çıxdı – “Lənkəranski” “Lotu Bəxtiyar”ın ənənəsini pozubmu?

21 ildir həbsdə yatan azərbaycanlı “qanuni oğru” “Lənkəranski”nin bazarlarına nəzarəti ələ keçirməsindən danışıb; Azərbaycan onun ekstradisiyasına razılıq verir?

Avqustun 18-də Türkiyədə öldürülən “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) Moskvada nəzarət etdiyi topdansatış göy və meyvə-tərəvəz bazarlar uğrunda kriminalların mübarizəyə başlaması haqda ötən saylarımızda xəbər vermişdik. 
Xatırladaq ki, Rusiya mənbələri bir neçə gün əvvəl belə xəbərlər yaymışdı ki, “Lənkəranski”nin ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarı artıq Merab Canqveladzenin (“Merab Suxumski”) nəzarətinə keçib. O da bildirilirdi ki, “Lənkəranski”nin bazarlarına nəzarəti ələ keçirməyə çalışan azərbaycanlı kriminallar yeni birlik yaradıblar. Formalaşdırılmış quplaşmaya “Lotu Quli” (Nadir Səlifov) və Vaqif Suleymanovun (“Marneulski”) klanları daxildir. Primicrime.ru saytı azərbaycanlı qruplaşmaların bazarlar uğrunda mübarizəsi haqda mövzuya yenidən diqqət ayırıb.
Sayt “Azərbazar” sərlövhəli yazıda öz mənbəsinə istinadən iddia edir ki, bazarlar uğrunda mübarizə haqda xəbərlər şişirdilib və məqsədli xarakter daşıyır. Bildirilir ki, azərbaycanlı kriminalların təşkilatlanması haqda xəbərlər “etnik kriminal qrupluşmalar arasında münasibətləri gərginləşdirmək” məqsədi daşıyır. “Heç kimə sirr deyil ki, keçmiş SSRİ məkanında kənd təsərrüfatı məhsulları bazarları adətən azərbaycanlıların nəzarətində olub”.  Sayta danışan anonim mənbə iddia edib ki, azsaylı azərbaycanlı “qanuni oğru”lar bazarlara nəzarətdə gələn gəlirlər bərabər bölüblər: “Bəxtiyarın (”Lotu Bəxtiyar”) vaxtında bazarlardakı gəlirlər “qanuni oğru”lar arasında ədalətli bölünürdü. Mirseymurun, Hikmətin, Çingizin öldürülməsindən sonra isə bazarlara nəzarəti ələ keçirən “Lənkəranski” bu prinsipi pozdu”.
Primecrime.ru yazır ki, bazarlarda çalışan azərbaycanlıların “Lənkəranski”dən sonra Kaxa Parpaliya və Levan Canqveldze deyil, öz həmyerlilərinin “krışılağı” altında fəaliyyət göstərmək istəməsi təbiidir. Bildirilir ki, “Lənkəranski”nin iki qatı düşməni “Lotu Quli” və “Vaqif Marneulski” indi  bazarlara nəzarəti birgə həyata keçirir, aralarında heç bir problem yoxdur”.
Hazırda Bakıdakı 8 saylı islah-əmək müəssisəsində saxlanılan “Lotu Quli” isə vəkili vasitəsilə yayılan xəbərlərə münasibət bildirib. Primcrime sputnik.az saytına istinadən xəbər verir ki, vəkil Təranə Əliyeva “Quli”nin  Rusiya bazarlarına nəzarət etməsi barədə xəbərləri təkzib edib. Vəkil deyib ki, müvəkkili olduğu şəxsin “kriminal razborka”larından xəbəri yoxdur və yalnız onun hüquqi statusu ilə maraqlanır: “Sadəcə, onunla görüşəndə Rusiya mediasındakı məlumatları müzakirə edərkən Səlifov bildirdi ki, Rusiya bazarlarına nəzarət barədə bütün bu söhbətlərin ona heç bir aidiyyəti yoxdur. Adının göy-göyərti bazarı ilə əlaqələndirilməsinə o hətta güldü”.
Vəkil bildirib ki, “Quli”nin hazırda öz vətəninə – Gürcüstana ekstradisiyasına çalışırlar. “Bir il əvvəl Gürcüstan rəsmi şəkildə Səlifovun vətəndaşlığını təsdiq etdi. Bundan əlavə, Gürcüstan hüquq-mühafizə orqanları Azərbaycan Ədliyyə Nazirliyinə, Səlifovun cəzasının qalanını vətənində çəkməsi üçün ekstradisiya olunması ilə bağlı sorğu göndərib. Səbəb kimi qohumlarının Səlifovla görüşmək imkanının olmaması göstərilir. Hazırda Gürcüstan və Azərbaycan dövlət qurumları arasında Səlifovun ekstradisiyası məsələsi ilə bağlı yazışma gedir. Biz nəticələri gözləyirik. Prinsip etibarilə Azərbaycan hüquq-mühafizə orqanlarının gürcüstanlı həmkarlarına etiraz etmək üçün əsasları yoxdur”.
“Lotu Quli”nin yalnız sovet pasportu var. Gürcüstan vətəndaşı olan N.Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb, 1996-cı ildə hədə-qorxu yolu ilə pul alma, insan oğurluğu və qeyri-qanuni silah saxlama ittihamları ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sonra cəza müddəti artırılıb. “Quli” bu illər ərzində Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini almayıb.
“Sputnik” də öz mənbəsinə istinadən yazır ki,  “Quli”nin Rusiya bazarlarına qismən aidiyyəti var. “O, kifayət qədər çəkiyə malik olmadığı üçün, bazarlara tək nəzarət etmir. Səlifov həmişə kiminsə yanındadır. Yalnız ”Quli”yə məxsus olan bir dənə də böyük obyekt yoxdur”, – deyə, sayt vurğulayıb. 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın