Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Araşdırma / Qulağını kəsib yeyənin məhkəməsi oldu – “Şahidlər isə həbsdə…”

Qulağını kəsib yeyənin məhkəməsi oldu – “Şahidlər isə həbsdə…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz satışında təqsirləndirilən Hünər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo“nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən proses təxirə salınıb.

Buna səbəb isə haqlarında məcburi gətirilmə qərarı çıxarılan şahidlərin prosesə qatılmaması olub. Təqsirləndirilən Hünər Cəfərov deyib ki, şahid qismində adı keçən hər iki şəxs hazırda həbsdədir.

Hakim bildirib ki, polislər şahidlərin yerini bilmədiklərini deyiblər. H.Cəfərov isə bunun yalan olduğunu deyib: “Özləri tutub içəri atıblar. Türmədə olanda da ifadələri alınıb. Burda, istintaq materiallarında hər şey yazılıb. Onların biri Bakı İstintaq Təcridxanasında, digəri də 16 saylı təcridxanadadır”.

Hakim bildirib ki, məcburi gətirilmə qərarı qüvvədə saxlanılır və həmin şəxslərin yeri barədə polisə məlumat veriləcək.

Məhkəmə prosesi iyunun 7-də davam etdiriləcək.

Qeyd edək ki, Penitensiar Xidmətin yaydığı məlumata görə, Astara rayon sakini, 1982-ci il təvəllüdlü məhkum, indiyədək üç dəfə həbsxanada yatmış Hünər Abbasəli oğlu Cəfərov narkotik satışına və istifadəsinə görə həbs edilib. H.Cəfərov birinci dəfə fərariliyə, ikinci dəfə isə hərbi hissəni özbaşına tərk etdiyinə görə həbs edilib. Üçüncü dəfə isə narkotik maddə qaçaqmalçılığına görə cəza çəkib. H.Cəfərov dördüncü dəfə də narkotiklə tutulub.

H.Cəfərov barəsində həbs-qətimkan tədbiri seçiləndən sonra apelyasiya şikayəti verib. Amma Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məhkəmənin bu qərarından narazı qalan H.Cəfərov isə etiraz əlaməti olaraq və istintaqa və məhkəməyə təzyiq göstərmək məqsədilə öz qulağının bir hissəsini alışqanın metal hissəsi ilə kəsib və nümayişkaranə şəkildə yeyib.

Həmçinin oxuyun

Yanına gələn qızlara “alt paltarı geyinməsin” deyirdi – Adnan Oktarın qorxunc əməli üzə çıxdı

Adnan Oktarın daha bir dəhşətli əməli üzə çıxıb.  Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı …

Bir cavab yazın