Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Araşdırma / QUDALARIN XARİCDƏKİ BÖYÜK ARAQ BİZNESİ… – Eldar Həsənovla bağlı şok məlumatlar yayıldı

QUDALARIN XARİCDƏKİ BÖYÜK ARAQ BİZNESİ… – Eldar Həsənovla bağlı şok məlumatlar yayıldı

2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu içkilər zavodu Türkiyə bazarında ciddi iştirak payına sahibdir.
 27 milyon dollar civarında sabit investisiyaya malik RAGS ALKOLLÜ İÇECEKLER SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ-nin təsisçiləri Azərbaycan vətəndaşlarıdır. Şirkət Kırklareli vergi dairəsində 7340876728 saylı vergi nömrəsi ilə qeydiyyatdan keçirilib.
Türkiyə Rəsmi Gazetesinin 2 may 2008-ci il məlumatına görə, fabrik illik 3 milyon litr araq və 7.5 milyon litr rakı itehsal etmək gücünə sahibdir. 450 civarında işçisi var. Şirkətin ortaqları Bəhruz Əsədbəyli, sabiq baş prokuror, Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənovun qohumları Ceyhun Bəylərov, Elmir Paşayev, Fuad Quliyevdir.
 Iki il əvvələ qədər “Bakı Şərab-2” ASC-nin rəhbəri Eldar Həsənovun qudası Rabil Hüseynov da şirkətin rəsmi ortaqlarından idi

Türkiye Sicili Gazetesinda yer alan məlumara görə 2017-ci ilin 27 dekabr tarixində Beşiktaş 25 saylı notariusda təsdiqlənmiş 42182 saylı etbarnamə ilə Eldar Həsənovun qudası ona məxsus 10500 səhmlik payını 10 milyon 500 min lirəyə (o zamankı kursla təxminən 3 milyon dollar) Əkbər Fərəcova satıb. 
Bu həmin Rabil Hüseynovdur ki, 2015-ci ildə Vergilər Nazirliyi onun rəhbərlik etdiyi ASC-ni vergi borcunu ödəməyən müəssisələr siyahısına daxil etmişdi. Rabil Hüseynovun ortaqlıqdan çəkilməsi çox güman ki, həmin ərəfədə digər oğlunun həbs edilməsi və başının üstünü qara buludların alması ilə bağlı idi.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Rags alkoqollu içkilər zavodu Kırklareli, Kızılcıkdere Organize Sanayi Bölgesi 2.-də3,75 hektarlıq ərazidə fəaliyyət göstərir, istehsal təsisatlarının və anbarlarının ərazisi 1.41 hektardır.Şirkət zavodun ərazisini genişləndirmək və istehsal gücünü artırmaq (illik 800.000 litr ağ şərab, illik 200.000 litr qırmızı şərab və illik 2.775.000 litr likör qablaşdırılması) niyyətilə bu yaxınlarda Türkiyənin rəsmi məqamlarına müraciət edib.
Zavod etil spirtindən alkoqollu içkilər qablaşdırmaqla yanaşı sərinləşdirici içkilər də istehsal edir. Türkiyə bazarında daha çox rus araqları markası ilə tanınır.
“Dostoyevski”, “Rus yıldızı”, “Rusdian Gold”, “1934 Rags” araqları, “Destan” rakısı, “MONTBLANC”, “Rags” likör və şərabları ən məşhurlarıdır.
Məlumatlara görə, Əkbər Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğludur. O, Azərbaycanda 2017-ci ilin dekabrında İNŞAATÇI A.H mənzil tikinti kooperativi açıb. Əkbər Fərəcovun atası da Türkiyədə bizneslə məşğuldur və burada onun şirkətləri var.
Hələ 3 il əvvəl Balkanlarda və digər regionlarda mütəşəkkil cinayətkarlıq və korrupsiya halları üzrə araşdırmalar aparan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı jurnalist təşkilatı Eldar Həsənovun bir qrup şəxslə əlbir olaraq maliyyə maxinasiyaları, çirkli pulların yuyulması və bu kimi oxşar korrupsiya əməllərini törətmək məqsədilə ticarət və ya biznes pərdəsi altında fəaliyyət göstərən qurumlar yaratdığı barədə məlumat yaymışdı. Həmin şəxslərin sırasında Alev Balgi Kupredin, Ridvan Kupredin və Ruslan Vələdovun adları çəkilirdi.
Rumıniya-Azərbaycan Ticarət Palatasının sədr müavini Ruslan Vələdovun Rumıniyadakı şirkətləri ilə bağlı sənədlərdə RAGS spirtli içkilər zavodunun təsisçilərindən olan Bəhruz Əsədbəylinin iştirakı da təsdiq olunur. Əslində Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərlərindən biri olan Əsədbəyli Eldar Həsənovun Balkanlardakı və Türkiyədəki biznesini idarə edən əsas fiqurlardandır.Tekirdağdakı spirtli içkikər zavodunun Türkiyə bazarında realizasiyasını RAGS İÇECEK PAZARLAMA İTHALAT İHRACAT VE TİCARET ANONİM ŞİRKETİ həyata keçirir.Hüquqi qeydiyyat ünvanı İstanbulun ÇOBANÇEŞME MAH. SANAYİ CAD. NİSH İST. NO:44 D-BL.K.5 D.59 olaraq qeyd esilən şirkətin təsisçiləri isə Eldar Həsənovun kürəkəni, həmçinin Bakı Şərab-2 ASC-nin Rabil Hüseynovun oğlu Qabil Hüseynovdur. Onun şəriki isə Bəhruz Əsədbəylidir. 

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Əsədbəyli eyni zamanda Türkiyədə 2009-cu ildə təsis edilmiş daha bir şirkətin – İRON DANIŞMANLIK ENDÜSTRİYEL ÜRÜNLER SANAYİ VE DIŞ TİCARET LİMİTED ŞİRKETİ-nin təsisçilərindəndir.
RAGS İÇECEK PAZARLAMA İTHALAT İHRACAT VE TİCARET ANONİM ŞİRKETİ 12 iyun 2013-cü ildən fəaliyyətdədir.
Eldar Həsənovun Monteneqroda səfir kimi fəaliyyətə başlamasının ardından Əsədbəyli orda da biznes layihələrinə başlayıb. Maraqlıdır ki, Eldar Həsənov Bəhruz Əsədbəylini Monteneqro ictimaiyyətinə Azərbaycan hökumətinin nümayəndəsi kimi tanıdıb və Əsədbəyli bu ölkə mətbuatına məhz bu statusla açıqlamalar verir.
Əsədbəyli Türkiyədə daha bir şirkətin ZENİTH CHEM KİMYA SANAYİ VE DIŞ TİCARET LTD şirkətinin və boya, yapışqan, təmizləyici maddələr kimi kimyəvi məhsullar istehsal edən fabrikə də rəhbərlik edir.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Bəhruz Əsədbəylinin Türkiyədəki daha bir şirkəti MONOTO OTOMOTİV SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ-dir. Bu şirkətdə Əsədbəylinin ortaqları qismində maraqlı adamların adı keçir. Bunlar keçmiş deputat Fərhad Qəribov, oğlu Anar Qəribov, yaxın qohumları Xalid və Azər Qəribovlar, Nadir Həsənov və Natiq Mürsəliyevdir. Avtomobillərin kirayəsi və servisi ilə məşğul olan şirkət 2004-cü ildə 3 milyon lirə (o dövr üçün təxminən 2.1 milyon dollar) nizamnamə kapitalı və 41350 sicil nömrəsi ilə qeydiyyatdan keçirilib.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Qabil Hüseynov eyni zamanda Türkiyənin ÖZGÜL şirkətlər qrupunun idarə heyətinin üzvüdür. 2013-cü ilin yanvarında Eldar Həsənov hələ Rumıniyada səfir vəzifəsində çalışarkən şirkət bu ölkənin UPETROM GROUP-u ilə dənizaltı kabellərin çəkilməsi, eləcə də Türkiyədə neft və qaz axtarışları ilə bağlı müqavilə imzalayıb.
 Yeri gəlmişkən, Upetrom şirkətlər qrupunun rəhbəri, neft milyarderi Qabriel Valentin Komanesku Eldar Həsənovun yaxın dostlarındandır. Onun sayəsində Komanesku Azərbaycanın Konstansa şəhərində fəxri konsulu təyin edilib. 
Sözügedən müqavilənin imzalanmasından cəmi iki ay sonra Eldar Həsənov Rumıniyadan uzaqlaşdırıldı, onda iki il sonra isə, 2015-ci ilkn iyulun 23-də prezident İlham Əliyevin sərəncamı ilə Komanesku fəxri konsul vəzifəsindən azad olundu. 
mia.az

Cavanşır Həsənli adlı şəxsin şəkli.

2018-ci il dekabrın 2-də Eldar Həsənovun kürəkəni Türkiyədə – İstanbul, Kadıköydə daha bir şirkəti – AGROAZ TARIM ANONİM ŞİRKETİ-ni qeydiyyatdan keçirib.
P.S. Yazı jurnalist Cavanşir Həsənlinin Feysbuk-dakı səhifəsindən götürülüb.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

“ŞAH”I ƏLƏ KEÇİRMƏK ÜÇÜN MƏMUR-HAKİM İŞBİRLİYİ

“Azərbaycan məhkəmələrinin qanunsuzluğa yol verməsi, sifarişlə və ya hansısa subyektiv səbəblərdən ədalətsiz qərarlar qəbul etməsi …