Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Qubada evləri daşlayan manyak – VİDEO

Qubada evləri daşlayan manyak – VİDEO

Quba rayonunun Hacıhüseynli kənd sakinləri qəribə hadisə ilə üz-üzə qalıb. Gecə saatlarında naməlum şəxs yaşayış evlərinə daş atır. Kənd sakinləri nə qədər cəhd göstərsələr də nə həmin şəxsi tanıya nədə tuta bilməyiblər. Hadisə kənddə bir neçə dəfə təkrarlanıb. Kənd sakinləri bildirir ki, evləri daşa tutan şəxsi bir dəfə görsələr də, o qaça bilib və qəbristanlığında gözdən itib.

Evləri daşlamaqla yanaşı, naməlum şəxsin kənddə xırda oğurluqlar törətdiyi də bildirir.

Ayxanım Səfərova – kənd sakini: “Qapımız açıq idi, gördüm ki, kartofları, kompotları oğurlayıblar”.

Dadaşbala Aslanov – kənd sakini: “Oğlum həyətdə telefonla danışarkən, topuğuna daş dəyib, ətrafa baxıb ki, heç kim yoxdur. Sonra da qonşuların damlarına daş atmağa başlayıb. Elə bil ki, idmançıdır, səkilərin üstü ilə tullana-tullana gedir.  Qara paltarlı, hündürboy bir adamdır. Elə sürətlə qaçır ki, tutmaq olmur”.

Telman Aslanov – kənd sakini: “Daşı atıb, gözdən itir. Bir həftə bundan qabaq, səhər tezdən qapını təpikləyib qaçıb”.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Quba rayon Polis Şöbəsindən bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb və müvafiq tədbirlər görülür. (Region TV)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın