Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Qubada 5 yaşlı oğlan meşədə itkin düşüb

Qubada 5 yaşlı oğlan meşədə itkin düşüb

Quba rayonunda 5 yaşlı oğlan itkin düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Əliyev Natiq Namiq oğlu ötən gün axşam saatlarında rayonun Əski İqrıq kəndi ərazisində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itib. Azyaşlını tapmaq mümkün olmayıb.

Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, axtarışlar davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin əməkdaşları da cəlb olunub.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın