Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Qubada 4 yaşlı uşağın müəmmalı ölümü: meyiti tapan şəxs saxlanıldı

Qubada 4 yaşlı uşağın müəmmalı ölümü: meyiti tapan şəxs saxlanıldı

Quba rayonunda 4 yaşlı uşağın meyiti tapılıb.

Hadisə rayonun Bərqov kəndində qeydə alınıb. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında aşkar edilib. Ailə üzvləri uşağın meyitini Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparıblar.Quba rayon Prokurorluğundan verilən məlumata görə, uşağın ölüm səbəbini müəyyənləşdirmək üçün müvafiq tibbi ekspertiza təyin olunub.

Daha sonra məlum olub ki, Qubanın Çılğır kənd sakini,1990-cı il təvəllüdlü Məlikov Xəyyam Yarəhməd oğlu uşağın meyitini tapıb ailəsinə verdikdən bir neçə saat sonra saxlanılıb. Faktı Çılğır kənd bələdiyyəsinin sədri Cahangir Məmmədov da təsdiqləyib. Quba rayon Prokurorluğu saxlanılan şəxslə bağlı açıqlama verməkdən imtina edib. (APA)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın