Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Qubada əməliyyat – Xüsusi dəstə zərərsizləşdirildi

Qubada əməliyyat – Xüsusi dəstə zərərsizləşdirildi

Quba rayonunun Talabıqışlaq kəndində 8 nəfərin qanunla qadağan edilən dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 6-da Quba rayonunun Talabıqışlaq kəndində yaşayan Coşqun Mirzəyevin evində rayon sakinləri Mədət Sədiyevin, Mikayıl Əmrahovun, Hafiz Gülmalıyevin, Vilayət Bağırovun, Firuz Bayramovun, Heydər Dadaşovun, Fuad Atayevin və Bakı şəhər sakini Samir Babayevin qanunla qadağan edilən dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib.

Quba RPŞ əməkdaşları tərəfindən onlar saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib edilib, izahatları alındıqdan sonra buraxılıblar.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın