Bazar , Yanvar 24 2021
Ana səhifə / Araşdırma / Qonşusunu bıçaqlayan məktəb direktoru özünü öldürdü

Qonşusunu bıçaqlayan məktəb direktoru özünü öldürdü

Lerik rayonunda qonşusunu bıçaqlayan kənd orta məktəbinin direktoru intihar edib. “Report”un əldə etdiyi məlumata görə, Adil Rəhimovun meyiti qardaşı, şəhid Valeh Rəhimovun qəbrinin üstündə aşkarlanıb.
Veri-Əliabad kənd orta məktəbi intihar edən direktorun qardaşı Valeh Rəhimovun adını daşıyır.
Qeyd edək ki, hadisə Lerik rayonunun Veri Əliabad kəndində baş verib. Kənd sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb.
Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ ciyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Həmçinin oxuyun

Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı

Salyan Suvarma Sistemləri İdarəsi bir gündə 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min …

Bir cavab yazın