Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / QMİ-nin sektor müdiri haqda qərar verildi

QMİ-nin sektor müdiri haqda qərar verildi

Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun barısindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən hökm dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Mustafa 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elşən Mustafaoğlu 2014-cü ildə MTN əməkdaşları tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Məhkəmədə çıxışı zamanı o bildirib ki, dövlət əleyhinə heç bir fəaliyyətdə iştirak etməyib: “Bu ittiham nəinki mənim etmədiyim, hətta şərəf və ləyaqətimi alçaldan iddialarla doludur. Məni Əks-Kəşfiyyatın bir-birini inkar edən və bir-birinə zidd olan iddiaları əsasında tutublar. 2014-cü ildə MTN-nin Əks-Kəşfiyyat Baş İdarəsi tərəfindən MTN-nin keçmiş rəhbərliyinin Milli Qəhrəman Rövşən Əkbərov və Əlayif Mustafayev əleyhinə zorla yazdırmaq istədiyi sifarişli yazını yazmamışam, onlara böhtan atmamışam. İki gün – ayın 16-dan 17-dək qapalı şəraitdə saxlanılmışam. Prokurorluğa da müraciət etmişəm ki, niyə mənim harada olmağımla maraqlanmayıblar? Bu iki gündə MTN-də mənə zülm eləyiblər. Onların elədiklərini burada deməyi özümə sığışdırmıram. Məni məcbur ediblər ki, dövlətimizin Milli Qəhrəmanına və ləyaqətli Şeyx həzrətlərinə qarşı ləyaqətsiz şeylər yazım”.(Qafqazinfo)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın