Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Qızına aldığı cehizin pulunu ödəyə bilməyən qadın həbs edilib- məhkəmə

Qızına aldığı cehizin pulunu ödəyə bilməyən qadın həbs edilib- məhkəmə

Qızına cehiz alıb pulun verə bilməyən ananın məhkəməsi başlayıb. O, dələduzluqda təqsirləndirilərək həbs edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Şöhrət Amanovanın qızı Lalə Əliyeva şahid qismində ifadə verib.

L.Əliyeva anasının alınan cehiz pulunu ödəmək imkanları olmadığı üçün verə bilmədiyini deyib. Məhkəmdə Amanova bu iş üzrə əlavə şahidlərin çağırımasını istəyib. Məhkəmə vəsatəti təmin edib.

Növbəti məhkəmə proses aprelin 12-nə təyin edilib.

Bildirək ki, Şöhrət Amanova bir sıra şəxslərdən qızına cehiz, geyim alıb. Amma pulu ödəyə bilmədiyi üçün şikayətlərdən sonra həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq ) maddəsi ilə cinayət işi açılıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın