Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Qız üstündə başlayan qanlı dava dostları üz-üzə qoydu – sosial şəbəkə oyunu

Qız üstündə başlayan qanlı dava dostları üz-üzə qoydu – sosial şəbəkə oyunu

Gənclərin sosial şəbəkədəki oyunu qanlı bitib. Qız üstündə başlayan mübahisə bir gəncin ağır bədən xəsarətləri almasıyla, bir gəncin isə dəmir barmaqlıqlar arxasına düşməsi ilə nəticələnib.
Hazırda həbsdə olan 20 yaşlı Qorxmaz Sadıqov dostuna kömək məqsədi ilə getdiyi görüşdə əlini qana batırıb. Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi üzrə keçirilən məhkəmə prosesində Q.Sadıqov özü belə deyib.
Bir oyunla başlayan dava
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində Orxan Kərimli ifadə verib. Bu ifadə ilə hadisənin təfərrüatları məlum olub.
Şahid 19 yaşlı Orxan Kərimli təqsirləndirilən şəxslə eyni məhəllədə yaşayıblar. Elə Qorxmaz Sadıqovu görüşə və köməyə çağıran da o olub.
Hadisənin təfərrüatlarına gəlincə, məlum olub ki, 19 yaşlı Orxan Kərimli sosial şəbəkədə oyun oynayarkən əvvəlcədən tanımadığı Elnur Məmmədovla mübahisə edib.
Virtual dostlar arasında oynanılan oyuna Elnurun sonradan qoşulması 19 yaşlı Orxanı qəzəbləndirib.
Məhkəmədə ifadə verən Orxan Kərimli deyib ki, ilk olaraq Elnurdan oyunu tərk etməsini xahiş edib. Lakin Elnur onun təklifinə müsbət cavab verməyib. Bu azmış kimi onu təhqir edib.
Münaqişəni həll etmək üçün görüş təyin ediblər
“Elnur özü mənə mesaj yazdı. Ondan oyunu tərk etməsi ilə bağlı dediklərimdən danışdıq. Sonra o mənə söyüş söydü. Mən söyüş söyməməsini istədim. Ancaq aramızda mübahisə böyüdü. Sonra Elnurla görüş təyin etdik. Musabəyov parkında, bayrağın altında görüşəcəyimizlə bağlı razılaşdıq”- deyə Orxan ifadəsinə əlavə edib.
Orxan görüşə dostlarını da çağırıb
Orxan görüşə çağırdığı Elnurun tək gəlməyəcəyini düşündüyü üçün öz dostlarını da görüşə çağırıb. O, əvvəlcə dostu Əşrəf Hacıyevə, sonra isə hazırda dəmir barmaqlıqlar arxasında olan Qorxmaz Sadıqova zəng edib.
Tərəflər vəd edildiyi kimi Musabəyov parkında görüşüblər. Orxanın dediyinə görə, razılıq belə olub ki, onlar təkbətək söhbəti həll etməli imişlər.
“Elnur da yanında bir nəfərlə gəlmişdi. Biz ikimiz söhbət etdik. Heç kimin qarışmamasını istədik. Uşaqlara dedim ki, əgər adamla gəlsə, yaxınlaşarsız. Söhbətə başlayanda Elnurdan niyə söyüş söydüyünü soruşdum. Dedi ki, söyüş söyməmişəm. Mənə yazdıqlarını açıb, göstərdim. Sonra mübahisə böyüdü. Qorxmaz yaxınlaşıb dedi ki, dava olmasını istəmirik”- Orxan hadisənin təfərrüatlarını danışarkən qeyd edib.
Onun dediklərinə görə, zərəçəkmiş Elnur Məmmədov Qorxmazın “sülh” təklifinə də söyüşlə cavab verib: “Qorxmaza da söyüş söydü. Onlar arasında mübahisə düşdü”.
Lakin Orxan ifadəsində baş verən dava-dalaşla bağlı ətraflı danışmayıb.
Döyülən şəxs üçün 7-8 min xərc çəkilib…
Məhkəmədə məlum olub ki, zərərçəkmiş tərəflə razılıq əldə edilib. Şahid Orxan Kərimli zərərçəkmiş tərəflə razılıq əldə etdiklərini və onlara dəymiş zərərin ödənildiyini də bildirib. O, ailəsinin bunun üçün 7-8 min manat xərc çəkdiyini bildirib.
Hakimin və dövlət ittihamçısının suallarını cavablandıran O.Kərimovun hadisənin bəzi təfərrüatlarını danışmadığı məlum olub. Belə ki, prokurorun suallarını cavablandırarkən mübahisənin əsas səbəblərindən birinin qız üstündə başlayan mübahisə olduğu ortaya çıxıb.
Məlum olub ki, virtual dostlar arasındakı oyunda Orxanın tanıdığı qızın olması bu mübahisəni bu şəkildə böyüdüb.
Dostların üz-üzə gəlməsi…
Təqsirləndirilən Qorxmaz Sadıqov isə şahidin verdiyi ifadə ilə razılaşmadığını bildirib. O, dostundan düzgün ifadə verməsini istəyib.
Q.Sadıqov dostunun zəngi ilə hadisənin baş verdiyi yerə getdiyini və əvvəlcədən dava olacağını bilmədiyini söyləyib.
“Mən ora Orxanın zəngi ilə getmişəm. Amma mənə dedi ki, səninlə işim var. Dava olacağını bilmirdim. Əvvəlcə işim olduğunu dedim, gələ bilməyəcəyimi söylədim. Sonra israr etdi və mən də getdim. Ora çatanda artıq dava başlamışdı. Kimin kimi vurduğu bilinmirdi. Mən tərəfləri sakitləşdirmişəm”, – Qorxmaz Sadıqov deyib.
Məhkəmədə o da məlum olub ki, gənclər arasında baş verən mübahisədə Qorxmaz da digər şəxslərə zərbə endirib.
Növbəti məhkəmə prosesi oktyabrın 24-ə təyin olunub.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Sadıqov Qorxmaz Şahin oğlu Cinayət Məcəlləsinin 126 (qəsdən sağlamlığa ağır zərbə vurma) madəsi ilə ittiham olunur.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın