Ana səhifə / Araşdırma / Qız üstündə mübahisə qanla bitdi – Ölən və yaralananlar var

Qız üstündə mübahisə qanla bitdi – Ölən və yaralananlar var

Türkiyədə iki ailə arasında mübahisə qanla bitib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Aydın vilayətində baş verib.

Məlumata görə, Ergezen və Duran ailələri arasında qız alıb-vermə səbəbindən mübahisə yaranıb. Nəticədə tərəflər arasında silahlı qarşıdurma olub. İnsident zaman 1 nəfər ölüb, daha 7 nəfər isə yaralanıb. Xəsarət alanlardan biri uşaqdır.

Polis hadisə yerində 500-ə qədər tapança və ov tüfəngi gilizi tapıldığını bildirib. Yaralıların yerləşdirildiyi xəstəxanada və hadisə yerində təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın