Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / “Qız dedi ki, stolu hazırlayaq sizi masaj edəcəyik”

“Qız dedi ki, stolu hazırlayaq sizi masaj edəcəyik”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kişiləri internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvlərinin – İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama münasibət bildirən İ.Meybullayev qismən, A.Məmmədov tam təqsirli, A.Musayeva, R.Xəlilov, E.Balakişiyev və R.Rəhimli isə özlərini təqsirsiz bildiklərini deyiblər.

Zərərçəkən Sakit Qurbanov sərbəst ifadə verərək işsiz olduğunu deyib: “Mən Elxan Abbasovla ora getmişdim. İki qız Elmlər Akademiyası metrosunun yanında bizə vizitkart verdi. Elxan dedi, gedək. Getdik, bizi orada qızlar qarşıladı, biri də Arifə idi. Bununla başqa bir qız bizi masaya dəvət etdi. Biz heç nə sifariş etmədik. Arifə dedi ki, stolu hazırlayaq sizi masaj edəcəyik. Qızlar gedəndən sonra hesabı gətirdilər, 154 manat, dedim heç nə içməmişik. Cibimdə 161 manat var idi. Qışqırdılar ki, pulu çıxart qoy stolun üstünə. Elxan dedi, gedim bankomatdan pulu çıxarıb gəlirəm, ordakı iki nəfərlə getdi, amma gəlmədi. Məndən pulu burdakılardan 3-ü aldı. Mən epilepsiya xəstəsiyəm, dedim ürəyim sıxılır, icazə verin çölə çıxım, dövrəyə alıb buraxmadılar. İsmayıl məni hədələyib hesabı verməyimi tələb etdi. Rəhim yaxamdan yapışıb məni ayağa qaldırdı, İsmayıl pulu cibimdən götürdü. Sonra dedilər çıx get. Mən ordan çıxandan sonra Elxan zəng vurub dedi ki, 39-cu bölmədəyəm, bura gəl”.

S.Qurbanov şikayətçi olmadığını deyib.

Proses davam edir.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın