Ana səhifə / Araşdırma / “Qız dedi ki, oğlan var…” – Qazaxda əxlaqsızlıq yuvası + Video

“Qız dedi ki, oğlan var…” – Qazaxda əxlaqsızlıq yuvası + Video

Qazaxda əxlaqsızlıq yuvası aşkarlanıb.

” Azinforum.az ” Region TV-yə istinadən xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Şəmkir sakininin qadınları toplayaraq fahişəliklə məşğul olduğu müəyyən edilib.

Qazaxa gələn Nuriyyə Qurbanova kirayə ev tutaraq orada müxtəlif məbləğdə pul müqabilində qadınların əxlaqsızlıqla məşğul olmasına şərait yaradıb.

Saxlanılan qadın əməlini etiraf etməyib. O, Qazaxda kafelərdən birində ofisiant işlədiyini bildirib:

“Ev sahibi ilə danışıb kirayədə qalırdı, ondan mənə nə? Özü gəlib qalırdı. Kafedə işləyirəm, günü 10 manata”.

 Amma qadının evində qalan Gülər Məmmədova onun dediklərinin əksini söyləyib:

“Gətiriblər ki, mən də “kliyent”ə çıxmışam. O qadın gətirirdi. Mənim özümün yaşadığım oğlan var idi, 2 günlük gəlmişdim, çıxıb Gəncəyə getmişdim. Qız dedi ki, oğlan var, gəlsin görüşsün”.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın