Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Qış tətili üçün ən yaxşı 11 şəhər – Fotolar

Qış tətili üçün ən yaxşı 11 şəhər – Fotolar

“Tətilə mütləq yayda çıxmaq lazımdır”, deyə bir qayda yoxdur. Məlumdur ki, işləyən insanlar məzuniyyətlərinin bir hissəsini də qış aylarına saxlayırlar.

 

Bəs, qışda istirahət etmək üçün hansı şəhərlər daha əlverişlidir?

 

Musavat.com bu suala cavab tapmaq üçün kiçik bir araşdırma aparıb. Beləliklə, qışda gəzib-əylənə biləcəyiniz yerləri sizə təqdim edirik:

 

Kosta Rika

 

Kosta Rika ile ilgili görsel sonucu

 

Kosta Rikada yağışlı günlər dekabrda başa çatır. Beləliklə, günlük-günəşlik qış günləri başlayır. Şimali və Çəcubi Amerikanın tən ortasında yerləşən bu ölkə qış tətilçiləri üçün ideal məkan hesab olunur.

 

Zihuatanejo, Meksika

Zihuatanejo, Meksika ile ilgili görsel sonucu

Meksikanın Zihuatanejo şəhəri tətil üçün bir o qədər də məşhur sayılmır. Ancaq demək olar ki, yanvar-fevral aylarında dənizə girmək və günəşlənmək üçün idealdır. Qışda yay günlərini davam etdirmək istəyənlər bu şəhəri seçə bilərlər.

 

Lima, Peru

 

Lima, Peru ile ilgili görsel sonucu

 

Qış aylarında da isti hava axtaranlar üçün digər ideal seçim Lima şəhəri ola bilər. Bura ləzziz yeməklərin də məskəni sayılır. Təsadüfi deyil ki, dünyanın ən yaxşı 50 restoranından 3-ü məhz bu şəhərdə yerləşir.

 

Sinqapur

 

Sinqapur ile ilgili görsel sonucu

 

Qışda öz ölkənizdə yeni ili keçirdikdən sonra Sinqapura getsəniz, burada ikinci dəfə yeni ili keçirməli olacaqsınız. Bu ölkədə yeni il Çin təqvimi ilə 16-17 fevralda qeyd olunur. Beləliklə, qış tətilində coşqulu bayram günü sizə unudulmaz xatirə ola bilər.

 

Cartagena, Kolumbiya

 

İlgili resim

 

Bu şəhər 4 fəsildə də istirahət üçün əvəzssizdir. Havası il boyu mülayimdır. Memarlıq abidələri ilə gözəlləşən şəhər məhz bu xüsusiyyətinə görə turist axınına məruz qalır.

 

Keyptaun, CAR

 

Cape Town ile ilgili görsel sonucu

 

Cənubi Afrika Respublikasının Keyptaun şəhəri konsert və açıq havada təşkil olunan tədbirlərin məskənidir. Noyabrdan başlayaraq aprelə qədər davam edən isti havalar qış tətilində olduğunuzu unutduracaq. Əgər tətil üçün bu şəhəri seçsəniz, özünüzü günəşli havada əyləncənin mərkəzində görəcəksiniz.

 

Taipei, Tayvan

 

Taipei, Tayvan ile ilgili görsel sonucu

Dünyanın ən hündür 8-ci binası bu şəhərdə yerləşir. Mətbəxi xeyli rəngarəng olan bu şəhər gecə bazarı ilə də məşhurdur.

 

Phuket, Tayland

 

İlgili resim

 

Yanvardan başlayaraq, mart ayına qədər Phuketə getmək ən münasib vaxtdır. Bu ərəfədə Musson yağışları bitmiş, boğucu istilər isə başlamamış olur. Bu şəhərə fevral ayında getsəniz, küçə yeməklərinin təqdim olunduğu ənənəvi festivalda da iştirak edə bilərsiniz. bu isə gəzintinizi daha əyləncəli edəcək.

Serengeti Milli Parkı, Tanzaniya

 

Serengeti Milli Parkı, Tanzanya ile ilgili görsel sonucu

 

Serengeti Milli Parkı vəhşi təbiəti sevənlər üçün ideal seçimdir. Yüzlərlə vəhşi heyvanı təbii yaşam şərtlərində görmək qış tətilçiləri üçün unudulmaz olacaq.

Rio de Janeiro, Braziliya

 

Rio de Janeiro ile ilgili görsel sonucu

 

Rio de Janeiro əyləncə sevənlər üçün ideal məkandır. Tropik iqlim qurşağında olduğu üçün tətil vaxtı qış aylarında olduğunuzu unudacaqsınız.

Roma, İtaliya

 

roma ile ilgili görsel sonucu

 

İtaliyanın paytaxtı Roma hər fəsildə gəzmək üçün ideal seçimdir. Bu qədim şəhərin yayı başqa, qışı başqa gözəldir.

 

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …