Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / “Qazel” şoferi polisə rüşvət vermək istədi, əvəzində həbsə girdi

“Qazel” şoferi polisə rüşvət vermək istədi, əvəzində həbsə girdi

Rusiyanın Volqoqrad şəhərində Azərbaycan vətəndaşı olan “Qazel” şoferi yol polisi əməkdaşına rüşvət vermək istəyib, əvəzində həbsə girib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, rüşvət əhvalatı 2011-ci ildə baş verib, həmin şəxsi isə beş il sonra tutublar.

Bildirilir ki, metal tullantıları daşıyan Azərbaycan vətəndaşının idarə etdiyi yük maşınını 2011-ci ilin noyabrında yol hərəkəti qaydalarının pozulmasına görə saxlayıblar. Bu zaman məlum olub ki, daşınan yükün də sənədi yoxdur. Sürücü saxlanılıb və polis bölməsinə aparılıb. Polis bölməsində azərbaycanlı cinayət axtarış bölməsinin əməkdaşının masasının üstünə 4 min rubl qoyaraq onu buraxmasını xahiş edib.

Lakin əməliyyat müvəkkili rüşvətdən imtina edərək dərhal bu barədə rəisini məlumatlandırıb. Azərbaycanlının barəsində cinayət işi qaldırılıb və yaşayış yerini tərk etməmək şərti ilə azadlığa buraxılıb. Ancaq o, ertəsi gün Rusiyanı tərk edərək Azərbaycana qaçıb. Azərbaycanlının barəsində federal axtarış elan ediblər.

Bu ilin iyun ayında o, yenidən Rusiyaya qayıtmağa cəhd edib və sərhədi keçərkən tutulub. Azərbaycanlını bu dəfə həbsxanaya salıblar və noyabrın 10-da onun barəsində hökm çıxarılıb. Hökmə əsasən Azərbaycan vətəndaşı 48 min rubl cərimə ödəməlidir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın