Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Qazaxda dəhşət: Körpəsinin gözü önündə anasını doğradı – VİDEO

Qazaxda dəhşət: Körpəsinin gözü önündə anasını doğradı – VİDEO

Ata azyaşlı uşağının gözü önündə qatil oldu.
Dəhşətli ailə faciəsi Qazağın Kəmərli kəndində baş verib. Bıçağı əlinə alan 29 yaşlı Ramin Rəhimov 23 yaşlı arvadı Aygünə bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.
Rəhimovlar ailə qurduqdan sonra bir müddət paytaxtda yaşayıblar. Bir neçə gün öncə ailə başçısı doğma kəndlərinə qayıtmaq qərarına gəlib. Elə qətli də Kəmərlidə, öz yaşadığı evdə törədib.
Polisə könüllü təslim olan Ramin həyat yoldaşının qohumlarına zəng vuraraq gəlib qızlarını aparmasını tələb edib, daha sonra isə polisə təslim olub. Qohumları Kəmərliyə çatanda 23 yaşlı gəlinin qətlə yetirildiyini biliblər.
Cinayətin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır. (Region TV)

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın