Ana səhifə / Araşdırma / Qazaxda baba ehtiyatsızlıqdan nəvəsini güllələyib, uşağın ayağı amputasiya edilib

Qazaxda baba ehtiyatsızlıqdan nəvəsini güllələyib, uşağın ayağı amputasiya edilib

Qazax rayonunda baba ehtiyatsızlıqdan nəvəsinə xəsarəti yetirib.
“Report”un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobildə özünə məxsus “TOZ-34” markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.
Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-34” markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Şəkidəki sərhədçilərlə bağlı problem öz müsbət həllini tapdı-VİDEO

Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz sosial şəbəkə hesabında Şəkidən hazırladığı videoreportaja verilən reaksiya ilə bağlı …

Bir cavab yazın