Ana səhifə / Araşdırma / Qayınanasını xəstəxanada öldürüb – Qızına görə

Qayınanasını xəstəxanada öldürüb – Qızına görə

Bu gün Bakı Bakı Ağır Cinayətlər məhkəməsində qayınansını öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə şahidlər ifadə verib.

Dispanserdə mühafizəçi işləyən Hüseynağa Hüseynov deyib ki, hadisə törədilən sonra məlumatı olub: “Dedilər həkimi bıçaqladılar, otağa girdim, hər yer qan idi. Amma bu adamın ora hardan girdiyini görməmişəm”.

E.Hüseynov deyib ki, dispanserə giriş qapısında keçib, qətli törətdikdən sonra da eyni yerdən çölə çıxıb.

Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə Xəzər rayonundakı Vərəm Dispanserində baş verib. Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb. E.Hüseynovun arvadı onunla mübahisə edərək anasıgilə gedib. E.Hüseynov qayınanasının iş yerinə gələrək qızını geri qaytarmasını tələb edib. F.Mürsəlovanın kürəkəninn tələbini rədd etməsi qətllə nəticələnib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın