Çərşənbə , İyun 19 2019
Ana səhifə / Araşdırma / Qaxın icra başçısından prezidentə şikayət olundu… – Fermerlər dad deyir…

Qaxın icra başçısından prezidentə şikayət olundu… – Fermerlər dad deyir…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

surəti :Azərbaycan Respublikasının Kənd Təsərrüfatının Naziri cənab İnam Kərimova
surəti :Azərbaycan Respublikasının Ekologiya v Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə

Azərbaycan Respublikası Şəki, Qax və Zaqatala rayonunda qoyunçuluqla məşğul olan fermerlərin Qax rayon İcra
Hakimiyyətinnin cinayət xarakterli özbaşnalıqlarından

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli Prezident !

Sizin çox qiymətli vaxtınızı aldığımız üçün çox üzr istəyirik. Sizin ölkəmizin inkişafı üçün ərzaq proqramının zənginləşməsi üçün ölkəmizdə fəaliyyət göstərən sahibkar, fermerlərə göstərdiyiniz qayğıdan, onların inkişafı üçün verdiyiniz sərəncamlardan ruhlanaraq biz daha fəal olmağa çox çətinliklərlə yaratdığımız qoyunçuluq təsərrüfatlarımızı günü-gündən inkişaf etdirməyə, sayını artırmağa çalışırıq.

Azərbaycan vətəndaşlarıyıq. Siz də çıxışlarınızda deyirsiz : -“Biz Azərbaycan vətəndaşlarına xidmət edirik”. Biz bu gün Qax rayon İcra Hakimiyyətinin dövlət məmurlarının tutduqları vəzifələrdən şəxsi mənafeləri üçün istifadə etmələrinə görə bağışlanılmaz bir cinayətlə üzləşmişik.

Bizim Sizdən başqa ümid yerimiz yoxdur. Artıq cinayət əməlləri fəaliyyətdədir. Ulu babalarımızdan bizə miras qalan “Acınohur” qışlağı dövlət tərəfindən qorunub, hər daim Şəki, Qax və Zaqatala rayonunun qoyunçuluq təsərrüfatlarının istifadəsində olubdur.

Hamıya məlumdur ki, bütün dünyada qoyunçuluq qışlağı toxunulmazdır. Sovetlər Birliyi dövründə Mina Nəzirova kimi kişi qeyrətli xanım “Acınohur” qışlağındakı fəaliyyətinə görə mərhum Prezidentimiz , Ulu Öndər Heydər Əliyevin göstərişi ilə “Sosialist əməyi qəhrəmanı” adına layiq görülmüşdür. Ancaq biz bu gün Qax rayon İcra Hakimiyyəti üçün öz doğma qışlağımızda gəlmələrə çevrilmişik. “Acınohur” qışlağında Şəki, Qax , Zaqatala rayuonunun 30( otuz) dan artıq xırda buynuzlu heyvanları olan qoyunçuluq təsərrüfatları Qax rayon İcra Hakimiyyəti ilə uzun müddətli müqavilə əsasında yerləşmişlər. Bir çox təsərüfatlar artıq 30 ildən artıqdır ki, “Acınohur” qışlağındadırlar.

Bu gün Qax rayon İcra Hakimiyyəti müxtəlif fəaliyyətləri məlum olmayan şəxslərə göstəriş verərək “Acınohur” qışlağını şumlayaraq, məhsulların əkilməsinə göstəriş verirlər. Artıq bir neçə fermanın qışlaq torpaq sahələri əkilmişdir. Bəzi naməlum şəxslər gecə vaxtlarında oğrular kimi qışlaq torpaq sahələrini şumlayırlar. Fermerlərlə onların arasında xoşagəlməz hadisə baş versə kim cavab verəcəkdir ?

Artıq qoyun sürüləri yaylaqdan arana enirlər. Fermerlər təşvişdədirlər, bilmirlər sürüləri hara sürsünlər. Çobanların bəziləri – “Rayon İcra Hakimiyyətinin qabağına, bəziləri isə Bakıya Prezident aparatının qabağına sürək” deyirlər. Yaylaqdan 40 mindən artıq xırda buynuzla heyvan düşəcək.

Zaqatala rayonun Dağlı kəndinin fermerləri :

1.Yusubov Telman Əfsəl oğlu – 1400 ( Bir min dörd yüz) baş

2.Əliyev Hacı Tağı oğlu – 1500 ( bir min beş yüz ) baş

3.Qarayev Nazim Həsən oğlu – 1500 ( bir min beş yüz ) baş

4.Qurbanov Nəbi Şeyxi oğlu – 1600 ( bir min altı yüz ) baş

5.Mehdiyev Aydın Abdulla oğlu – 2000 ( iki min) baş

6.Osmanov Bahar Qasım oğlu – 1400 ( bir min dörd yüz ) baş

7.Məmmədov Ramiz Bəhram oğlu – 1600 ( bir min altı yüz ) baş

8.Abduləziz Məhəmməd oğlu – 2000 ( iki min) baş

Zaqatala rayonun Suvagil, Muxax və Car kəndinin fermerləri :

1.Qazıyev Kərim Osman oğlu – 1400 ( bir min dörd yüz ) baş artıq qışlaq sahəsi şumlanıb, sürünü sürəsi yeri yoxdur.

2. Mirzəyev Oruc Nadir oğlu – 1600 ( bir min altı yüz ) baş qışlaq sahəsindən 400 ha artıq şumlanıb.

3. Həsənov Mübariz Həsən oğklu – 900 ( doqquz yüz ) baş

4.Rzaqov Rəsul Rzaq oğlu – 1200 ( bir min iki yüz ) baş

5.Mülkümov Musa Nuru oğlu – 900 ( doqquz yüz ) baş

6.”Mağara” Ş.K.(F)T-nın – 1200 ( bir min iki yüz ) baş

7.Eyubov Vidadi Məhəmməd oğlu – 1600 ( bir min altı yüz ) baş

8.Seyidov Məhəmməd Eyub oğlu – 1300 ( bir min üç yüz ) baş

9. Əliyev Salam Yusif oğlu – 1200 ( bir min iki yüz ) baş

10.Əlimov Tofiq Rəcəb oğlu – 1500 ( bir min beş yüz ) baş

11. Mülkümov Məmməd Abdurahman oğlu – 1600 ( bir min altı yüz ) baş

12.Qədirov Məhəmməd Əhməd oğlu -1400 ( bir min dörd yüz ) baş

13.Çobanzadə Ramazan Şaban oğlu – 1300 ( bir min üç yüz ) baş

14.Sultanov Abdurahman Nəbi oğlu – 1800 ( bir min səkkiz yüz ) baş

15.Əfəndiyev İlqarƏnvər oğlu – 1600 ( bir min altı yüz ) baş

16.Əminov Bəhram Bilal oğlu . şəhid atası – 400 ( dörd yüz ) baş ,200 ha qışlağı əkilib.

17. Seyidov Seyid Mirzə oğlu – 1600 ( bir min altı yüz ) baş

18. Yusif Məhərrəm oğlu – 2500 ( iki min beş yüz ) baş

Bu siyahıda olan fermerlər ümumi olan fermerlərin bir hissəsidir. Bizim ümid yerimiz Sizsiniz. Biz inana bilmirik ki, Siz Qax rayon İcra hakimiyyətinin məmuralarına belə cinayət törətmələrinə icazə verərsiniz. Bizim ulu babalarımız da qoyunçuluqla məşğul olublar. Bizim həyat yoldaşlarımız dağda, arandakı qışlaqda , qoyun sürüsü yaylağa çıxanda, yaylaqdan arana düşəndə yolda övlad dünyaya gətirmişlər. Biz min bir əzab əziyyətlə çörək qazanıb, övladlarımızı böyüdüb Vətənimizi qorumağa göndərmişik. Şərəfsiz dövlət məmurlarının balaları kimi balalarımızı barlara göndərməmişik.

Hörmətli Prezident !
Sizdən artıq dərəcədə xahiş edirik Qax rayon İcra hakimiyyətinin məmurlarına biz fermerlərin, çobanların çörək təknəsinə yaxın gəlməməsinə göstəriş verəsiniz. Bizə öz halal zəhmətimizlə çörək qazanmağımıza maneçilik törətməsinlər. Əks halda biz də öz qeyrətimizi nümayiş etdirmək məcbriyyətində qalacağıq. Kənardan düşmən də bizə güləcəkdir. Biz inanırıq ki, bizə bu məsələnin həllində öz köməkliyinizi əsirgəməyəcəksiniz. Əks halda ferməllər küllü miqdarda zərər çəkə bilərlər.

Hörmətlə Şəki, Qax və Zaqatala fermerləri və çobanları :

1 Yusubov Telman Əfsəl oğlu

2. Əliyev Hacı Tağı oğlu

3. Qarayev Nazim Həsən oğlu

4. Qurbanov Nəbi Şeyxi oğlu

5. Mehdiyev Aydın Abdulla oğlu

6. Osmanov Bahar Qasım oğlu

7. Məmmədov Ramiz Bəhram oğlu

8. Abduləziz Məhəmməd oğlu

9. Qazıyev Kərim Osman oğlu

10. Mirzəyev Oruc Nadir oğlu

11. Həsənov Mübariz Həsən oğklu

12. Rzaqov Rəsul Rzaq oğlu

13. Mülkümov Musa Nuru oğlu

14. Zakatalski Hacıbəy İsaq oğlu

15. Eyubov Vidadi Məhəmməd oğlu

16. Seyidov Məhəmməd Eyub oğlu

17. Cavadov Mükərrəm Məmməd oğlu

18. Əliyev Salam Yusif oğlu

19. Əlimov Tofiq Rəcəb oğlu

20. Mülkümov Məmməd Abdurahman oğlu

21. Qədirov Məhəmməd Əhməd oğlu

22. Çobanzadə Ramazan Şaban oğlu

23. Sultanov Abdurahman Nəbi oğlu

24. Əfəndiyev İlqar Ənvər oğlu

25. Əminov Bəhram Bilal oğlu

26. Seyidov Seyid Mirzə oğlu

27. Yusif Məhərrəm oğlu

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…
RegionXeberleri.com 

Həmçinin oxuyun

SABİQ NAZİR ÖLKƏDƏN 14 MİLYON DOLLARI NECƏ ÇIXARDI? – FOTOLAR

2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri, 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini …