Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Qaxda təcili əməliyyat: 56 nəfər həbs edildi

Qaxda təcili əməliyyat: 56 nəfər həbs edildi

Qax rayonunda qanunsuz dini dərnəklərin qarşısını almaq üçün əməliyyat keçirilib.
Məlumata görə, əməliyyat Qax rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib. Əməliyyatın keçirilməsi ilə əlaqədar Qax Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə qərarı əsasında şəhər ərazisində yaşayan Qivi Mixoyeviç Xusişvilinin evinə baxış keçirilib.
Onun dini yığıncaqların təşkili və keçirilməsi qaydalarını pozaraq, qanunla qadağan olunmuş dini dərnəklər təşkil etməsi, 56 nəfərin həmin dini təriqətlə məşğul olması müəyyən edilib. Onlardan 44 nəfəri Qax rayon, 9 nəfəri Zaqatala rayon, 5 nəfəri Bakı şəhər sakinidir.
Evdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 19 ədəd DVD disk, 2 ədəd videokaset və 219 ədəd dini ədəbiyyat aşkar edilərək götürülüb.
teleqraf

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın