Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Qatil Permyakov azərbaycanlılar əleyhinə ifadə verib

Qatil Permyakov azərbaycanlılar əleyhinə ifadə verib

Ermənilərin anti-Azərbaycan təbliğatı getdikcə qəribə forma alır. Ehtimal ki, yalnız Ermənistanda rusiyalı qatil əsgər Valeri Permyakovu Azərbaycanın əleyhinə rupora çevirməyə çalışardılar. Və məhz onlar bunu ediblər.
Məlumata görə, ötən il bir erməni ailəsini güllələyib öldürmüş Permyakovun  Gümrü şəhərində keçirilən məhkəməsində ilkin ifadələri açıqlanır. “Aravot” qəzeti yazır ki, müstəntiq ondan ermənilər arasında dostu olub-olmadığını soruşub və qatil əsgərin ona cavabı belə olub ki, erməni dostu da yoxdur, azərbaycanlı dostu da.
Daha sonra  Permyakov qeyd edib ki, azərbaycanlılara münasibəti çox pisdir, hətta Çitada azərbaycanlılara nifrət edirlər. “Əlimizə azərbaycanlı düşən kimi, biz onları maşına basırdıq, ağızlarına avtomat dirəyirdik. Amma ermənilərlə belə etmirdik, ona görə ki, onlar özlərini yaxşı aparırlar”, – Permyakov ifadəsində qeyd edib.
Müstəntiq əsgər Permyakovdan erməni-azərbaycanlı konfliktinə münasibətini də soruşub (sanki gənc əsgər politoloqmuş). Permyakov belə cavab verib: “Ermənilərdən eşitmişəm ki, azərbaycanlılar onları qırmaq üçün vertolyot göndərirmişlər”.
Ermənilərə münasibəti barədə suala cavab verən Permyakov deyib ki, onlara normal yanaşır, onda ermənilərə qarşı nifrət yoxdur və onların dininə hörmət edir.
musavat.com

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın