Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Qatar rels üzərində fotosessiya zamanı hamilə modelin üstündən keçdi

Qatar rels üzərində fotosessiya zamanı hamilə modelin üstündən keçdi

ABŞ-da dəmir yolunda fotosessiya zamanı hamilə model yük qatarının altında qalaraq ölüb.

Virtualaz.org “Daily Mail”ə istinadən xəbər verir ki, faciəli hadisə martın 10-da Texas ştatının Navasota şəhərində baş verib. 19 yaşlı model Fredzaniya Tompson relslərdə fotoqrafa poza verərkən yaxınlaşan qatarı buraxmaq üçün bir yoldan başqa yola keçib. Amma o, bu zaman əks tərəfdən yaxınlaşan qatarı görməyərək onun altında qalıb.

Model aldığı travmalardan elə hadisə yerində keçinib. Amma fotoqraf hadisə nəticəsində zərər çəkməyib.

Qızı vuran qatar 101 yük vaqonundan ibarət olub. Dəmir yolu şirkətinin nümayəndəsi danışır ki, maşinistlər qızı görüblər, fitlə xəbərdarlıq etməyə çalışıblar, amma qatar 80 kilometr/saat sürətlə getdiyindən onu saxlamaq mümkün olmayıb.

Qohumların sözlərinə görə, Fredzaniya, yerli kolleclərdən birinin tələbəsi idi. O, model karyerasıyla məşğul olmaq üçün təhsilini dayandırmağı planlaşdırırdı. İki aylıq hamilə olan Fredzaniya yaxın vaxtlarda sevgilisi ilə ailə qurmaq niyyətində idi.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın