Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Qardaşıma bir sillə vurdum, məni güllələdi” – 10 il 6 ay cəza

“Qardaşıma bir sillə vurdum, məni güllələdi” – 10 il 6 ay cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını güllələyən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İmran Sultanovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hadisə bu il mayın 25-də Sabunçu rayonu Maştağa qəsəbəsi Ləhic bağları adlanan yerdə qeydə alınıb.

Təqsirləndirilən İmran Sultanov öncəki məhkəmə iclasında qardaşı ilə araq içdikdən sonra onu güllələdiyini deyib: “Hadisə olan günü qardaşımla ikimiz oturub araqla pivə içdik. Mübahisəmiz düşdü, o mənə vurdu. İçkili olduğumdan özümdə deyildim. Getdim, tüfəngi götürdüm, ona atəş açdım”.

Zərərçəkmiş, İ.Sultanovun qardaşı 1977-ci il təvəllüdlü Tərlan Sultanov məhkəmədə ifadəsində deyib ki, hadisə günü bir ədəd 0,750, bir dənə də 0,5 litr araq və 1,5 litr pivə içiblər: “İmran avaralıqla məşğul olurdu. Mən hərdən bir spirtli içki içirəm, o isə hər gün içir. Onu danladım, sözüm boğazından keçmədi. Bir sillə çəkdim ki, özünü yığışdırsın. Getdi həyətə, tüfənglə gəldi üstümə. Dedim, bu nədir? Məni vurdu. Yerə yıxıldım. Özü qaçdı. Atam düşdü gördü ki, yerdəyəm. Qayınatma zəng elədilər, apardılar xəstəxanaya. Şükürlər olsun ki, ölmədim. Qardaşımdır, canımdır. İçkili olduğumuzdan oldu hər şey. Əminəm ki, məni öldürmək kimi niyyəti olmayıb. Heç bir şikayətim, tələbim yoxdur. Siz bilən məsləhətdir, balaca qardaşımdır”.

İmran Sultanov Cinayət Məcəlləsinin 29.120.1-ci ( öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilib. Məhkəmə kollegiyasının hökmü ilə İ.Sultanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın