Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Qarabağ əlili polisə etiraz etdi: Maşınına od vurdu -VİDEO

Qarabağ əlili polisə etiraz etdi: Maşınına od vurdu -VİDEO

Dekabrın 14-də Qax şəhər sakini, 1-ci qrup Qarabağ əlili Bəxtiyar Bayramov polisə etiraz olaraq şəxsi maşınını yandırıb. Bu barədə məlumat verən Qarabağ əlilinin sözlərinə görə, ona polis tərəfindən yazılmış cərimə məhkəmə tərəfindən ləğv edilsə də, Yol Patrul Xidmətinin rəisi Ayaz adlı şəxs (soyadını dəqiqləşdirmək mümkün olmayıb) cərimənin ləvğ edilməyəcəyini və məhkəməmin qərarını heçə saydığını söyləyib. Nəticədə bir neçə ay get-gələ salınan vətəndaşın cəriməsi 400 manatdan 600 manata yüksəlib. Bəxtiyar Bayramov deyir ki, “VAZ-2109” markalı, 16 BA 253 nömrə nişanlı maşından taksi kimi istifadə edirmiş.

Hadisə yerinə toplaşan Qax sakinləri deyirlər ki, sözügedən YPX rəisi sürücülərin canını boğazına yığıb: “Bu yeni rəis taksi sürücülərinə siqaret, “Redbull” aldırır. Əks halda həmin sürücününü işləməsinə imkan vermir”. Bildirilib ki, rayondan olan Qarabağ qaziləri hadisəyə etiraz olaraq aksiya keçirməyi planlaşdırırlar.

Meydan TV Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. Kamran Əliyev məsələni araşdıracaqlarını bildirib:

“Adətən bizə bu cür müraciətlər çox olur. Biz birinci araşdıraq görək həqiqətənmi vətəndaş haqsız yerə cərimələnib, məhkəmənin qərarı varmı və s. Etiraz olaraq avtomobilin yandırmasına bundan sonra fikir bildirmək olar. Mən indi baxıram, vətəndaş həmin avtomobili etibarnamə əsasında istifadə edir. Ancaq şəxsi məlumatları sizinlə bölüşə bilmərik. Bunun üçün şəxsin razılığı olmalıdır. Yalnız rəsmi sorğu əsasında suallarınızı cavablandıra bilərik”.

Qax rayon Polis İdarəsindən məsələyə münasibət bildirmək istəməyiblər.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın