Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Araşdırma / “Qara Rəhilə”nin və dəstəsinin məhkəməsi başlayır

“Qara Rəhilə”nin və dəstəsinin məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində Rəhilə İsmayılova, Məleykə Şamilova, Mətanət Şamilova, Natəvan Şamilova və Məcid Şamilovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Məhkəmə baxışı avqustun 20-ə təyin olunub.

Sözügedən cinayət işi bir müddət öncə məhkəmə baxışına verilsə də məhkəmə heyəti cinayət işinin Bakı Şəhər Prokurorluğuna qaytarılması barədə qərar qəbul edib. Səbəb isə ittiham aktının düzgün tərtib olunmaması, təqsirləndirilən şəxslərin ittiham olunduqları maddələrin düzgün verilməməsidir.

Xatırladaq ki, Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Rəhilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməlləri törətməkdə təqsirli bilinir.

R.İsmayılova sonuncu dəfə 2012-ci ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 2014-cü ilin may ayında azadlığa buraxılıb. Amma cəmisi 3 ay azadlıqda qala bilib.

R.İsmayılova “oğru” aləmində “Qara Rahilə” kimi tanınır. R.İsmayılova əvvəllər də cibgirlik və narkotik maddə saxlamaqda ittiham olunaraq 10 dəfədən artıq məhkumluq həyatı yaşayıb. “Qara Rəhilə” və onunla birgə həbs olunan şəxslərin əməllərindən zərər çəkənlərin sayı 15 nəfərdir.

İstintaqa verdiyi ilkin ifadəsində R.İsmayılova Bakı şəhərində marşrut avtobuslarda bir neçə dəfə oğurluq etdiyini, bu təklifin onlara Məleykə Şamilova tərəfindən edildiyini, başqa heç bir suala cavab verməyəcəyini göstərib.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın