Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Qanunsuz ovla məşğul olanlar tutuldu

Qanunsuz ovla məşğul olanlar tutuldu

İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb.

APA-nın məlumatına görə, onlardan qanunsuz yolla ovlanmış çöl quşları və xeyli miqdarda sursat aşkar edilib. Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi və İmişli Rayon Poliş Şöbəsinin əməkdaşları qanunsuz ovun qarşısının alınması məqsədi ilə rayonun çöl ərazilərində reydlər keçiriblər. Reydlər zamanı müxtəlif yerlərdə qanunsuz ovla məşğul olan şəxslər aşkar edilib. Bəzi brokonyerlər silahlarını və ovladıqları quşları əraziyə ataraq qaçıblar.

Reyd zamanı iki nəfər brokonyer – İmişli rayon sakinləri, Sadıqov Qədim və Baxşəliyev Ülvi polis əməkdaşları tərəfindən saxlanlıb. Reyd zamanı iki ədəd qoşa lülə, bir ədəd beşaçılan, bir ədəd tək lüləli ov tüfəngləri polis əməkdaşları tərəfindən sənədləşdirilərək götürülüb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın