Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Qadını döyüb öldürüblər – Sumqayıtda kriminal

Qadını döyüb öldürüblər – Sumqayıtda kriminal

Sumqayıt şəhərində mart ayının 6-da saat 07 radələrində müəyyən edilməmiş avtomobillə vurularaq öldürüldüyü açıqlanan Sumqayıt şəhər sakini Gülnaz Dadaşovanın istintaqında fərqli məqamlar ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan anspress-ə verilən məlumata görə, yolu keçərkən naməlum avtomobil tərəfindən vurulduğu və qəza nəticəsində də hadisə yerində öldüyü düşünülən qadının döyülərək öldürüldüyü üzə çıxıb: “Əvvəl hadisə ilə bağlı cinayət məcəlləsinin 264-cü maddəsi (Yol nəqliyyat hadisəsi yerindən qaçma) ilə cinayət işi açılmışdı. Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən 1968-ci il təvəllüdlü G.Dadaşovanın münaqişə zəminində həmyerlisi Elman Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edildi və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əhmədov tutuldu. İşin yol qəzası faktı olmaması ilə əlaqədar bu gün polisdən prokurorluğa təhvil verildi. Hələlik onun hansı səbəbdən belə bir addım atdığını müəyyən etməyə çalışırıq”.
Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi Gülnaz Dadaşovanın yol qəzası nəticəsində öldüyü barədə məlumat yayıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın