Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Qadını 3 gün ərzində zorlayanla bağlı qondarma iddianı kim yayır? – Gəncədəki dəhşətin ŞOK TƏFƏRRÜATI

Qadını 3 gün ərzində zorlayanla bağlı qondarma iddianı kim yayır? – Gəncədəki dəhşətin ŞOK TƏFƏRRÜATI

DİA.AZ: – Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun olmadığından Baş Prokurorluq tərəfindən təkzib edilir. Bu barədə DİA.AZ-a Baş Prokurorluqdan verilən məlumatda deyilir.

Belə ki, 15 aprel 2015-ci il tarixdə Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq 3 gün ərzində saxlayıb dəfələrlə zorlamış, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla video çəkilişini aparmışdır.

18 aprel 2015-ci il tarixdə Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədi ilə onu qətlə yetirmişlər.

Gəncə Ağır Cinayətlər məhkəməsinin 26 fevral 2016-ci il tarixli hökmünə əsasən Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …