Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Araşdırma / Qadın və uşaqlardan ibarət soyğunçu dəstə tutuldu

Qadın və uşaqlardan ibarət soyğunçu dəstə tutuldu

Bakıda soyğunçu dəstə aşkar edilib. Dəstənin üzvləri arasında uşaq və qadın da var.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, sentyabrın 14-də saat 01 radələrində 20 Yanvar küçəsində Bərdə rayon sakini 1977-ci il təvəllüdlü Sənan Məmmədovu döyərək 300 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talayıblar.

Nəsimi RPİ 19-cu PB, PPXB və ÇPA əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 1990-cı il təvəllüdlü Asdan Nəriman oğlu Kərimov, Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Şahin Rahib oğlu Muradov, 2000-ci il təvəllüdlü Ağsu rayon sakini Tacir Şahin oğlu Rəhimov və Bakı şəhər sakini Rəqsanə Elşən qızı Quliyeva müəyyən olunaraq tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (Soyğunçuluq) ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: onun haqqında nə deyilirdi? – ARAŞDIRMA

Bundan 100 il əvvəl hazırlanmış kəşfiyyat hesabatlarından görünür ki, Mustafa Kamal Atatürk 1919-cu ilin may …

Bir cavab yazın