Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Qadın sürücü qəza törətdi- Ana və qız yaralandı

Qadın sürücü qəza törətdi- Ana və qız yaralandı

Ucarda qadın sürücü qəza törədib.

 Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Vəliyeva Qənirə Məmməd qızı idarə etdiyi “Hyundai  Elantra” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onun qızı, 2004-cü il təvəllüdlü Vəliyeva Ebru Fərhad qızı müxtəlif bədən xəsarətləri alaraq, Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, sürücünün vəziyyəti nisbətən yüngül olsa da, qızı  E. Vəliyevanın vəziyyəti ağırdır.

Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın