Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Qadın onu bıçaqlayan ərini bağışladı: “Günah məndədir…”

Qadın onu bıçaqlayan ərini bağışladı: “Günah məndədir…”

Arvadını bıçaqlayan şəxsin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməaində arvadını bıçaqlamaqda təqsirləndirilən İlham Məşədiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə vəkil müdafiə çıxışı edib.

“Həyat yoldaşı Şəriyyə xanım öz işində olan problemlərini ona danışıb, Məşədiyev isə “bəsdir, bezdirdin məni” deyərək əsəbiləşib. Əlində bıçaqla onu itələyib və təsadüf nəticəsində bıçaq ona dəyib.

Onların iki övladı var. Arvadı məhkəməyə müraciət edərək günahın özündə olduğunu, həqiqətən də ərini çox yüklədiyini deyib və şikayətçi olmadığını deyib”- deyə vəkil çıxışında bildirib.

İ.Məşədiyev son söz demək üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə prosesi iyunun 21-də davam etdiriləcək.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısə çıxış edərək İ.Məşədiyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın