Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Qadın general məhkəməyə gəldi- tanınmış vəkil işə qoşuldu – “MTN işi”

Qadın general məhkəməyə gəldi- tanınmış vəkil işə qoşuldu – “MTN işi”

Daha bir “MTN çetsi”nin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Musavat.com xəbər verir ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bildirək ki, təqdirləndirilən şəxslərdən yalnız general Natəvan Mürvətova ev dustaqlığındadır.

Cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyada Sabunçu rayon Məhkəməsinin inzibati binasında araşdırılır.

Həbsdə olan MTN zabitləri məhkəməyə gətirilib. Ev dustaqlığında olan N.Mürvətova da məhkəməyə gəlib.

İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvləri sahibkarlara psixi və fiziki zorakılıq göstərməkdə, sərbəst buraxılmaları müqabilində həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul tələb etmədə ittiham edilirlər.

Onlar fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəməkdə təqsirli bilinirlər.

Əldə etdiyimiz məlumata görə, həbs edilən generallardan Sübahir Qurbanovun müdafiəsinə yeni vəkil qoşulub. Tanınmış vəkil Adil İsmayılov general Qurbanovun hüquqlarını müdafiə edəcək.

Jurnalistlərin məhkəmə prosesində iştirakına isə şərait yaradılmayıb. Akif Çovdarovun məhkəmə prosesində olduğu kimi bu prosesə də jurnalistlərin hansı səbəbdən buraxılmadığı izah edilmir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın