Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “Qaçqınkom” sədrinin nəvəsinin məhkəmə sirri

“Qaçqınkom” sədrinin nəvəsinin məhkəmə sirri

Nail Allahverdiyev barəsində 4 aylıq həbs müddəti bitəndən sonra (dekabrın 3-ü) azadlığa buraxıla bilər; Əli Həsənov uyğun zaman gözləyir

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri  Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsinin nə vaxt başlayacağı haqda bilgi verilmir. N.Allahverdiyev bu il avqustun 3-də saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib. Araşdırmalar zamanı məlum olmuşdu ki, həmin vaxt Nail Allahverdiyev “Mazda” markalı avtomobillə ötüşürmüş.

Qəza zamanı “Qaçqinkom” sədrinin nəvəsinin yanında olan  Mehdi Əliyev həlak olmuşdu. Dünyasını dəyişənlərdən biri piyada Vaqif Əsədov olmuşdu. O, yol kənarında olarkən Nail Allahverdiyevin idarə etdiyi maşının altında qalaraq dünyasını dəyişmişdi. Qəza zamanı yaralanan iki nəfər isə Türkiyə vətəndaşları idi. Ər-arvad olan şəxslər müalicə üçün Türkiyəyə yola salınıb.

Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə  ittiham olunan Nail Allahverdiyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.

Image result for Nail Əli

Qeyd edək ki, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov ayarım əvvəl gözlənilmədən işdən kənarlaşdırılıb.  N.Allahverdiyevin hüquqlarını hazırda vəkil Muxtar Mustafayev müdafiə edir. M.Mustafayev hələ indiyədək  bu işlə bağlı hər hansı açıqlama verməyib. Muxtar Mustafayev Amerika Vəkillər Birliyinin Assosiativ üzvü və 2005-ci ildən Beynəlxalq Vəkillər Birliyinin üzvüdür. O, Beynəlxalq Bank işinə görə həbs edilən “PNN Group” şirkətinin təsisçilərindən olan Nizami Piriyevin də   vəkili olub. ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmədə də ANS-in nümayəndəsi vəkil Muxtar Mustafayev olub.

Qəza baş verən zaman xüsusilə sosial şəbəkələrdə Əli Həsənovun istefa verməli olduğu bildirilir, Nail Allahverdiyevə ağır cəza istənilirdi. Bir neçə gün sonra  hadisənin və N.Allahverdiyev barəsində həbs qərarının üç ayı tamam olacaq. Artıq nə Əli Həsənov nəvəsindən danışır, nə də Nail Allahverdiyevin vəkili yuxarıda da qeyd etdiyimiz kimi, mətbuata hər hansı açıqlama verir.

Image result for Nail Əli

Hüquqşünasların rəyinə görə, məhkəmənin qərarından asılı olaraq Nail Allahverdiyev  barəsində 4 aylıq həbs müddəti bitəndən sonra (dekabrın 3-ü) o, azadlığa da buraxıla bilər. Əli Həsənovun nəvəsinə qarşı irəli sürülən ittihamların Cinayət Məcəlləsində həbs müddəti  maksimum 10 ildir. Ağırlaşdırıcı hallar, yəni içkili, narkotikin təsiri altında olması halları yoxdursa, bu da nəzərə alınır. Mümkündür ki, istintaq həbsin uzadılması ilə bağlı təqdimat versin və məhkəmə ya ilin sonunda, ya da növbəti ilin əvvəlində başlasın.

Xəbərlərə görə, Ə.Həsənov vəziyyəti dəyişmək üçün müxtəlif cəhdlər edir və nəvəsinin məhkəməsi üçün uyğun zamanı gözləyir. Yada salaq ki, Ə.Həsənov mərhum Mehdi Əliyevin ailəsinə ev və maşın verib. Baş nazirin müavininin maddi təminatı bununla da bitməyib. Ə. Həsənov mərhum Mehdi Əliyevin xanımını işlə təmin edib, onun 3 yaşlı övladını da 18 yaşına çatanadək himayəyə götürüb.

Belə iddialar da vardı ki,  Ə.Həsənov məhz məhkəmə başlayan ərəfədə “öz xahişi” ilə işdən çıxa da bilər.

“YM”

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …