Ana səhifə / Araşdırma / Qaçırılan qız oğlanların əlindən çıxdı

Qaçırılan qız oğlanların əlindən çıxdı

Bakıda gənc qız zorla avtomobilə mindirilərək qaçırılıb.

“ Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, hadisə dünən Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində baş verib.

1990-cı il təvəllüdlü Mirzəyev Gülbəniz Qafar qızı avtobus dayanacağında olarkən bir neçə nəfər avtomobillə sürətlə yaxınlaşıb və onu zorla avtomobilə mindirərək aparıblar. Avtomobil Salyan rayonu ərazisində olarkən qarşıda polis postunun olduğunu görən qız sürücüyə hücum edərək sükanı onun əlindən almağa çalışıb və bu zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Yol polisi əməkdaşları avtomobilin şübhəli olmasını müəyyən edən kimi onları saxlayıblar və zorla qaçırılan qızı xilas ediblər. Qızı Saatlı rayonuna aparmaq istəyən 1993-cü il təvəllüdlü Məmmədov Ceyhun Rüstəm oğlu və daha bir nəfər tutularaq Qaradağ rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.144-cü (adam oğurluğuna cəhd) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın