Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Qaçaqmalçılar Azərbaycana keçməyə cəhd göstəriblər – Dəniz yolu ilə

Qaçaqmalçılar Azərbaycana keçməyə cəhd göstəriblər – Dəniz yolu ilə

Rusiyalı sərhədçilər Rsiyadan Azərbaycana qanunsuz yolla keçirilən tütün məmulatlarını nəzarətə götürüblər.

“ Azinforum.az ” ın Oxu.Az-a istinadən məlumatına görə, bu haqda Dağıstan Respublikası üzrə Rusiya Federal Təhlüksizlik Xidmətinə xəbər daxil olub.

“Dərbənd şəhərindən cənub-şərqdə dənizdə göyərtəsində iki Rusiya vətəndaşı olan və Azərbaycana istiqamətlənən gəmi aşkarlanıb. Sərhəd xidmətinin əməkdaşlarının gəminin sənədlərinin yoxlanılması üçün qanuni tələblərinə baxmayaraq, onlar gəmini saxlamayıblar”, – mənbə deyib.

Nəşrin sözçüsünün məlumatına əsasən, qaçaqmalçılar suya qara paketlərdə qutular atmağa başlayıblar. Qutularda Rusiya Federasiyasının aksiz markası olmadan 3 min “NZ gold compact” markalı siqaret bloku aşkarlanıb.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın