Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Qətlə yetirilən məmurun oğlu dindirilib – “Anam iki gündür evə gəlmirdi”

Qətlə yetirilən məmurun oğlu dindirilib – “Anam iki gündür evə gəlmirdi”

Tovuz rayonunda qətlə yetirilən filial müdirinin oğlu və müavini dindirilib.

“Report”un Qərb bürosunun əldə etdiyi məlumata görə, aprelin 22-də qətlə yetirilən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Nurəddin qızı Bayramovanın oğlu və müavini istintaqa ifadə verib.

Məlumata görə, R.Bayramovanın oğlu ifadəsində bildirib ki, anası iki gün idi evə gəlmirdi.
Onun müavini Vidadi Bəhman oğlu Vəliyev isə ifadəsində bildirib ki, o şirkətə daxil olmaq istəyib, lakin qapı bağlı olduğu üçün binanın damına çıxıb, nəticədə damdan yıxılaraq xəsarət alıb.
Qeyd edək ki, R.Bayramovanın meyiti ailəsinə təhvil verilib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın