Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Qəbələdə yanğın güclü külək nəticəsində meşəbəyliyin Dandık, Sulquca kəndləri istiqamətinə keçib

Qəbələdə yanğın güclü külək nəticəsində meşəbəyliyin Dandık, Sulquca kəndləri istiqamətinə keçib

Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Bum meşəbəyliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək nəticəsində həmin meşəbəyliyin Dandık, Sulquca kəndləri istiqamətinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, alovun qarşısını almaq üçün hadisə yerinə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əlavə qüvvələri və texnikası cəlb olunub.

Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.

Qeyd edək ki, yanğının söndürülməsi üçün ETSN və FHN-nin 500-dən artıq əməkdaşı mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edirlər.

Əlavə olaraq onu da bildirək ki, Qurban bayramı ilə əlaqədar olaraq qeyri iş günü olmasına baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti hadisə ilə bağlı medianı intensiv olaraq məlumatlandırır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın