Şənbə , Yanvar 19 2019
Ana səhifə / Araşdırma / Qəzalı köçkün binası köçürülüb, hamıya mənzil verilib – bir nəfərdən başqa

Qəzalı köçkün binası köçürülüb, hamıya mənzil verilib – bir nəfərdən başqa

“Füzuli rayonundan məcburi köçkünəm. 1999 cu ildən Yasamal rayonu Şərifzadə 1 küçəsində yerləşən AzTU nun yataqxanası bina 7-də qəzalı binada müvəqqəti məskunlaşmışam. 2018 ci ilin sentyabr ayında prezident İlham Əliyevin göstərişi ilə mənim mskunlaşdığım yarımçıq bina qəzalı olduğundan Qobu Park massivinə köçürülüb. Köçürülmədən əvvəl siyahıyaalma olanda mənə dedilər ki, sən subay olduğun üçün sənə mənzil verilməyəcək”.

Bu sözləri Turan Əliyev ad-soyadlı məcburi köçkün redaksiyamıza ünvanladığı məktubda bildirib. Musavat.com-a sənədlər və şəkillər göndərən şikayətçi qeyd edir ki, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yasamala məcburi köçkünlərlə görüşə gələndə o, öz problemini sədrə deyib və o da şikayətçiyə cavab olaraq bildirib ki, komitəyə qəbula gəlsin, ona kömək ediləcək.

T.Əliyev yazır: “Məni keçmiş müavin Gəray müəllim qəbul etdi və dedi ki, problem yoxdur, sən köçürmə zamanı mənzillə təmin olunacaqsan. Lakin köçürülmə zamanı mənə mənzil verilmədi və səbəb kimi valideynlərimin Füzuli rayonu Qayıdış qəsəbəsində mənzillə təmin olunması göstərildi. Mənim 37 yaşım var və hərbi xidmətdən sonra valideynlərimdən ayrı yaşamışam və ayrı təsərrüfatam”.

T.Əliyev yenidən QMKDK-nin sədri Rövşən Rzayevin qəbulunda olub. Sədr yenə ona deyib ki, komissiyaya tapşıracaq, həqiqətən burada qeydiyyatdadırsa, ona mənzil veriləcək.

T.Əliyevin yazdıqından: “Komissiya araşdırma apardı və mənim burada qeydiyyatda olduğumu bilsələr də, mənə yenə mənzil verilmədi. Yenə də mənə cavab məktubunda anamın ailə tərkibində mənzillə təmin olunmağım göstərildi. Beləcə, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi sentyabr ayından məni yollarda qoyub. Xahiş edirəm, aidiyyatı qurumlar mənim problemimlə bağlı ədalətli hökm versinlər. Mən 20 ildir ki, Bakı şəhərində yaşayıram, dövlət qulluğunda çalışıram. İşimi buraxıb Qayıdış qəsəbəsinə getmək, orada yaşamaq imkanım yoxdur”.

Söz aidiyyatı qurumlarındır. Yəni  Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi evsizlik üzündən 37 yaşına qədər subay qalmış bir dövlət qulluqçusunun problemini həll edə, ona Qobuda, Masazırda və ya Müşviqabad qəsəbəsində 1 otaqlı mənzil ayıra bilmirmi?

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Xanım hakimə qarşı ittiham var… – Müraciət

Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, mənzil 75-də yaşayan Bayramov Yasin …