Ana səhifə / Araşdırma / “Qəzada üzüm cırıldı deyə aktyor yox, meyxanaçı oldum” – Vüqar Əbdülov – VİDEO

“Qəzada üzüm cırıldı deyə aktyor yox, meyxanaçı oldum” – Vüqar Əbdülov – VİDEO

“Qəzada üzüm cırıldı deyə aktyor yox, meyxanaçı oldum” – Vüqar Əbdülov – VİDEO – FOTO

ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olan meyxanaçı Vüqar Əbdülov maraqlı açıqlamalar verib.

O, ilk olaraq meyxananın inkişafından bəhs edib:

“Meyxana çox inkişaf edib, coğrafiyası böyüyüb. Təkcə Bakı kəndləri yox, artıq rayonlarımızda da meyxana deyilir. Coğrafiya böyüyüb düzdür, bəs sağlam rəqabət qalıbmı? O vaxt televiziyalara çıxmaq olmurdu. Nizami Rəmzi yazırdı “seyri siçan”, o tərəfdən Ağasəlim Çıldaq yazırdı ki, “qara pişik”. Bu, onların arasındakı rəqabət idi.

Məsələn, mənimlə Namiq Qaraçuxurlu arasında oldu bu. Mən yazdım “Ata, sən özün cavan olmamısanmı”, Namiq yazdı “Papanın gül balası”. Bu, rəqabətdir, iki personajın üz-üzə qoyulmasıdır. İndi belə şeylər yoxdur, hamı bir-birinin əksinə dayanıb. Adını meyxanaçı qoymusansa, bir yerdə olmalısan”.

Daha sonra meyxanaçı sosial şəbəkələrdən söz açıb:

“Mənə deyirlər ki, görsənmirsən. “Facebook”a çox girmirəm. “İnstagram” və “Facebook”a arada girirəm, kiminsə ad gününə baxıram, digər məlumatlar üçün. Amma orada gündəlik özümü reklam edim, hər addımımı paylaşım, mənlik deyil. Tutaq ki, biri diş həkimidir, yaxşı işlərini qoysa ora o başqa. Amma gedib qəlyanda çəkdirdiyi şəkli kimə maraqlıdır?! Biz sənətçiyik, bizi tanıyırlar. Amma onu ancaq öz ətrafı tanıyır. Sən həkimsən, klinikan var, 100 adam tanıyırsan, səni bundan başqa kim tanıyır axı?”

Meyxanaçı sonda İncəsənət universitetini oxuyub, niyə ixtisasına davam etməməsinə də aydınlıq gətirib:

“Mən, Rafael, Coşqun, Azər Axşam və s. hamımız bir qrupda oxuyurduq. 1994-cü ildə qəzaya düşdüm, üzüm cırıldı. Üzüm əvvəllər çox pis idi. Sonra müalicələrlə düzəldi. O ərəfələrdə efirdən küsdüm. Meyxana belədir ki, toyxanada səliqəsiz, üzütüklü görünmək mane olmurdu. Amma teatrda, tamaşalarda yaxşı deyil. Qəza məni efirlərdən uzaqlaşdırdı”.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın