Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Qənimət Zahidin əmisi oğlunun evindən narkotik tapıldı

Qənimət Zahidin əmisi oğlunun evindən narkotik tapıldı

Qənimət Zahidin Şamaxı rayonunun Qurdtəpə kəndində yaşayan əmisi oğlu Rövşən Zahidovun da evində axtarış aparılıb. Axtarış zamanı R.Zahidovun evindən narkotik tapılıb.

Rövşən Zahidov bir neçə gün qabaq 25 sutka inzibati həbs cəzası verilib və hazırda o, təcridxanadadır.

Qənimət Zahidin qardaşı oğlanlarından biri – Rüfət Zahidov da narkotikə görə həbs edilib.

* * *17:31

“Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” proqramının müəllifi Qənimət Zahidin qardaşının evində axtarış aparılır.

Bu dəqiqələrdə “Azadlıq”a daxil olan məlumata görə, Qənimət Zahidin doğma kəndi olan Meysəridə onun qardaşlarının evində axtarış aparılır. Hazırda ev polisin əhatəsindədir.

Polisin evdə hansı əsasla axtarış apardığı hələlik məlum deyil.

Xatırladaq ki, ötən həftə Q.Zahidin iki qardaşı oğlu və əmisi oğlu həbs edilib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın