Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / “Pulunu aldılar, özünü şərləyib tutdurdular”

“Pulunu aldılar, özünü şərləyib tutdurdular”

“Anam Tahirə Əliyevadan rəfiqəsi və iş yoldaşı olan Zülfiyyə Rüstəmova borca pul aldı, sonradan borcu qaytarmamaq üçün anamı həbs etdirdilər”. 17 yaşlı Lalə Əliyeva belə deyir. Onun sözlərinə görə, 2013-cü ildə anasının rəfiqəsi onun anasından pulu alarkən az bir müddətə qaytaracağını deyib:

“Anamda pul olmasından xəbərdar olduğu üçün lombard açacağı adı ilə və 20 gün müddətinə qaytarmaq şərtilə 115 min manat pul istəmişdi. Həmin pulun 85 min manatını Zülfiyyə Rüstəmovanın özü Azərbaycanda olduğu müddətdə anamdan əlbəəl almışdı. Qalan hissəsini isə o, anama zəng edərək həyat yoldaşı Vasif Yolçu oğlu Hüseynova verməsini xahiş etmişdi. 20 gündən sonra anam verdiyi pulu Vasif Hüseynovdan istəsə də, o, öncə pulu qaytaracağını bildirib və bunun üçün müəyyən qədər vaxt da istəyib. Vaxt tamam oldu, amma o pulu qaytarmadı və min bir bəhanə gətirməyə başladı. Belə olan təqdirdə anam onların əməlləri ilə bağlı şikayət etdi.

Şikayətdən sonra Vasif Hüseynov Gürcüstana qaçmaq istəsə də, o, gömrük məntəqəsində saxlandı və polisə də təhvil verildi. Polis idarəsində o, pulu verəcəyi ilə bağlı əlavə 10 gün möhlət istədi və buraxılmasını da xahiş etdi. Həmin vaxt onun pulu qaytaracağına bacısı oğlu Tural zamin olmuşdu. Onu da bildirim ki, anamın hüquq-mühafizə orqanlarına ünvanladığı şikayət ərizəsi, aparılan araşdırmalar zamanı lazımınca araşdırılmadı və Vasif Hüseynov da azadlıqda gəzməyə başladı”.

L.Əliyeva deyir ki, problemin varlığı ilə bağlı baş prokuror Zakir Qaralovun və daxili işlər naziri Ramil Usubovun qəbullarında olub: “Baş verənlər haqda onlara ətraflı danışdım. Sağ olsun hər iki vəzifə sahibini, məhz onların verdikləri tapşırıqlar əsasında Vasif Hüseynov həbs olundu. Amma anamın şikayəti əsasında işi araşdıran müstəntiqlər qanunun aliliyini deyil, hansısa maraqlarını üstün tutaraq, anamın həbsinə şərait də yaratdılar. Heç bir günahı olmadan 2 ay əvvəl azadlıqdan məhrum edilən anamın azadlığa qovuşması üçün qanuni araşdırmaların aparılmasını istəyirik. Ölkə rəhbəri cənab İlham Əliyevdən köməklik istəyirəm. İnanıram ki, ölkə rəhbərinin verdiyi tapşırıq, qısa zaman kəsiyində haqqın-ədalətin bərpası ilə də nəticələnəcək”.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın