Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / “Pulum qutaranda oğurluq edirdim” –  VİDEO

“Pulum qutaranda oğurluq edirdim” –  VİDEO

Şabranda yaşayış evlərindən oğurluq edən şəxs saxlanılıb.

Bir neçə evdən oğurluq etməkdə təqsirli bilinən 18 yaşlı Zamin Məlikov Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Əvvəllər də məhkum olunmuş Zamin əməlindən geri qalmayıb. Qardaşı onu pis vərdişlərdən uzaq tutmaq üçün Bakıya işləməyə aparıb. O, əlinə imkan düşən kimi qardaşından xəbərsiz rayona gələrək oğurluq edib.

Zamin Məlikov (saxlanılan şəxs) : “İlk oğurluğum ev oğurluğu olub. Narkotik dərmanlardan və spirtli içkilərdən istifadə etdiyim üçün özümdə olmamışam. İlk oğurluğumda qızıl, pul götürmüşəm. Bakıda satıb istifadə eləmişəm, pul qurtarandan sonra yenidən oğurluq eləmişəm. Birinci dəfə tutulandan sonra qardaşım Bakıya aparmışdı ki, pis vərdişlərdən uzaqlaşım. Qardaşım rayona gələndən sonra mən də içkili vəziyyətdə Bakıdan gəlib oğurluq edib qayıdırdım”.

Dindirilmə nəticəsində Zaminin Şabranda 4 evdən oğurluq etdiyi və vətəndaşlara 5782 manat ziyan vurduğu müəyyənləşib.

İstintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın