Şənbə , İyul 20 2019
Ana səhifə / Araşdırma / “Pulu ödəməsəm, uşağımı girov götürəcəklər”

“Pulu ödəməsəm, uşağımı girov götürəcəklər”

“Qohumum dedi ki, pulu ödəməsəm, uşağımı girov götürəcək”.

Bu sözləri Şamaxı rayonu Dağ Göylər kənd sakini Zamin Bəşirov “Qafqazinfo”ya müraciətində deyib. Hazırki vəziyyətinin çətin olduğunu söyləyən Z. Bəşirov bankdan aldığı kreditləri ödəyə bilmədiyini bildirib:

“Övladım ağır astma xəstəsidir, hər şeyimi satmışam, artıq tükənmişəm, müalicə etdirə bilmirəm, bank da evimi əlimdən alır. Dərmanlar həftəlik 50-70 manat tutur. Uşağımın əməliyyatı üçün indiyə kimi 32 min manat kredit götürmüşəm. Onların bir neçəsi qohumlarımın adınadır. Bacardığımı ödəyirəm, ancaq hazırda gücüm çatmır. Bir qohumum da deyib ki, pulu ödəməsəm, uşağımı girov götürəcək, çarəsizəm”.

Z. Bəşirovun sözlərinə görə 2011-ci ildə oğlu Nurlan anadan olarkən həkimlər onu əlindən salıb. Başında problem yarandığına görə iki dəfə baş beyin əməliyyatı keçirib. Daha sonra uşaqda astma xəstəliyi aşkar edilib:

“Bu xəstəlik bizdə irsidir. Uşaq hazırda aparatdan asılı vəziyyətdədir. Xəstəxanalarda uşağı minimum 10 gün yatızdırmaq 300-500 manata başa gəlir. Uşaq iki aydan bir yatmalıdır, yoxsa vəziyyəti pisləşir. Mal-qaramı satdım. İndi isə işsiz qalmışam. Bütün texnikamı satmışam. Əvvəllər kənddə mal-qara, əkin-biçinlə birtəhər dolanırdıq. AGBank-ın pulunu ödəyə bilmirəm. Evimi girov qoymuşdum. İndi bank mənə 3 ay vaxt verib. Əgər ödəməsəm evimi əlimsən alacaqlar. Sosial müavinət də ala bilmirəm, çünki banka borcluyam. Şamaxı Rayon İcra Hakimiyyətindən də mənə deyiblər ki, bizlik deyil. Artıq kimə müraciət edəcəyimi bilmirəm”.

Qeyd edək ki, Z. Bəşirovun həyat yoldaşında da yaddaş pozğunluğu var və xəstəlik vaxt ötdükcə şiddətlənir.

“Pulu ödəməsəm, uşağımı girov götürəcəklər”

Həmçinin oxuyun

Gömrük generalı ilə bağlı sensasiya – DTX araşdırma aparır

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Bakı Baş Gömürk İdarəsində apardığı yoxlama nəticəsində üzə çıxan …

Bir cavab yazın