Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Psixoloqun yaxınları: “Dəyanət Rzayev ikinci dəfə ailə qurmağa hazırlaşırdı” – FOTO

Psixoloqun yaxınları: “Dəyanət Rzayev ikinci dəfə ailə qurmağa hazırlaşırdı” – FOTO

Psixoterapevt Dəyanət Rzayevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosunda ekspertizadan keçirildikdən sonra yuyulmaq üçün məscidə aparılıb.
“Report”un xəbərinə görə, ekspertizanın yekun nəticəsi 10 gündən sonra məlum olacaq.
Yaxınlarının dediyinə görə, D.Rzayev həyat yoldaşından rəsmi qaydada ayrılıb. Onların bu nikahdan 2 övladı var.
“O, ikinci dəfə ailə qurmağa hazırlaşırdı” – deyə, yaxınlarından biri bildirib.
Xatırladaq ki, psixoterapevt Dəyanət Rzayev ötən gecə yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.







Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın