Bazar ertəsi , İyul 13 2020
Ana səhifə / Araşdırma / Prokurorluğun 37 əməkdaşı məsuliyyətə cəlb edilib

Prokurorluğun 37 əməkdaşı məsuliyyətə cəlb edilib

Yanvarın 7-də Baş Prokurorluqda Mərkəzi aparatın rəhbər heyətinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, müşavirə prezident cİlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim olunması və prokurorluq orqanları tərəfindən 2015-ci ildə “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Hesabat dövründə prokurorluq orqanları üzrə xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verdiklərinə görə 37 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. O cümlədən 7 nəfər prokurorluq orqanlarından xaric edilib.

Baş Prokurorluğun rəhbərliyinin göstərişi əsasında 2016-cı il yanvarın 6-da Bakı şəhəri Nəsimi rayonu, Sumqayıt şəhəri və Qubadlı rayon prokurorluqlarında daxili nizam-intizam qaydalarına riayət edilməsi və işə davamiyyət vəziyyəti yoxlanılarkən xidməti və əmək intizamının kobud pozuntusu hallarına yol verdiklərinə görə 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib.

Həmçinin oxuyun

Saleh Məmmədovun villasının görüntüləri yayıldı – İndi də orda olduğu deyilir…

Sosial şəbəkələrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun Nabranda 4 mərtəbəli …

Bir cavab yazın